Ploom X Advanced gündəlik istifadəyə uyğun dizayn olunub. Eyni zamanda, funksional və şık aksesuar çeşidimiz bu təcrübəni daha da zənginləşdirir. Evdə, işdə, səyahətdə və ya dostlarınızla görüşərkən Ploom aksesuarları hər yerdə sizin yanınızdadır. Dəbli ön panellərdən tutmuş daşıma qablarına və şarj cihazlarına qədər Ploom təcrübəsini fərdiləşdirmək üçün lazım olan bütün aksesuarları təklif edirik.
Çıxarıla bilinən ön panellər
ÖzəlləşdirinAsanlıqla dəyişdirilə bilən ön panellərimizlə unikallığınızı ifadə edin
Ön panellər nə üçündür?
Ploom X Advanced ön panelləri cihazınızın ön tərəfinə yapışdırılır və tərzinizə uyğun fərdiləşdirməyə imkan verir. Asanlıqla dəyişdirilə bilən bu panellər geniş və cəlbedici rəng seçimi ilə Ploom-nuzun görünüşünü istədiyiniz vaxt yeniləməyə imkan verir.
İstifadəsi asandır
Ploom ön panelləri güclü maqnitlər sayəsində cihazınızın önünə möhkəm yapışır və gün ərzində yerində qalır. Eyni zamanda, panelləri istədiyiniz zaman asanlıqla çıxarıb dəyişdirə bilərsiniz. Ön panellərin necə dəyişdirildiyini öyrənmək üçün video təlimatımıza baxa bilərsiniz.
Fərqli rəng kombinasiyaları
Fərqli cihaz və ön panel rənglərinin geniş çeşidi ilə Ploom X Advanced istənilən tərzə və ya situasiyaya uyğun variantlar təqdim edir. Şık, cəsur, minimalist və ya sadə, seçim tamamilə sizindir.
Arxa örtüklər və daşıma qabları
TƏRZİNİZƏ UYĞUNLAŞDIRINBizim dəbli arxa örtükləri və daşıma qabları ilə cihazınızı qoruyun və zəruri əşyalarınızı səliqəli saxlayın
Arxa örtüklər
Ploom arxa örtükləri cihazınızı cızıq və zərbələrdən qorumaqla yanaşı, tərzinizi də tamamlayır. Parça və dəri materiallarda təqdim olunan dəbli rənglər arasından seçiminizi edin.
Daşıma qabları
Ploom cihazınızı və digər vacib əşyalarınızı zövqlə daşıyın. Yüksək keyfiyyətli parça və dəri materiallardan hazırlanan daşıma qablarımızla qızdırılan tütün təcrübənizi daha funksional və şık edin. İki fərqli ölçüdə təqdim olunan bu qablar əşyalarını bir yerdə daşımaq istəyənlər üçün idealdir.
Öz dəstinizi yaradın
Ploom-u sınamaq üçün lazım olan hər şey bir yerdə.
Ploom təcrübəsinə başlamağa hazırsınız? Stilinizə uyğun aksesuarlarla şəxsi Ploom dəstinizi yaratmaq üçün Dəst Konfiquratorumuzdan istifadə edin.
Çubuq altlığı və təmizləmə çubuqları
PLOOM BAXIMIÇubuqları atmaq və cihazınızı təmiz saxlamaq çubuq altlığı və təmizləmə çubuqları ilə çox asan və rahatdır.
Çubuq altlığı
Ploom tütünü yandırmadan, incə şəkildə qızdırır. Bu da kül və artıq tullantının yaranmamasını təmin edir. İstifadə olunmuş Sobranie çubuqlarını atmaq üçün çubuq altlığımız sadə və ideal həlldir.
Təmizləmə çubuqları
Təmiz cihaz, dadın tam hiss olunmasını təmin edir və qızdırılan tütünün zövqünü artırır. Sadəcə saniyələrdə, istənilən yerdə cihazınızı təmizləmək üçün təmizləmə çubuğundan istifadə edin. Çubuğun istifadəsilə tanış olmaq üçün videoya baxa bilərsiniz.
Şarj cihazları və tutacaqlar
PLOOM-UN ŞARJ ALƏTLƏRİŞarj cihazlarımız və tutacaqlarımızla Ploom-unuzu enerji ilə təmin etmək çox rahatdır. Kompakt dizayn sayəsində cihazınızı olduğunuz yerdə asanlıqla şarj edə bilərsiniz.
Dok stansiyası
Ploom X Advanced-ı doldurarkən Ploom dok stansiyası ilə şarj etmək daha rahat və səliqəlidir. Ev və ya ofisinizdə masanın üstündə cihazınızı şaquli vəziyyətdə saxlayaraq enerji verə bilərsiniz.
AC adapter
Ploom X Advanced Ploom USB-C kabeli ilə şarj olunur. Hər hansı enerji mənbəyinə qoşularaq cihazınızı rahatlıqla şarj edə bilərsiniz.
Unikal İcma üçün unikal təcrübələr
PLOOM KLUB
Ploom Kluba xoş gəldiniz! Kluba qoşulub hər alış-verişdə xallar toplayın, dəyərli mükafatlar qazanın və yalnız üzvlərə özəl imtiyazların sahibi olun.
Aksesuarlar haqqında ən çox verilən TOP-3 sual
Ploom X Advanced-ın şarj edilməsi çox asandır. Cihazı enerji mənbəyinə qoşun və qoruyucu qapağın bağlı olduğundan əmin olun. Tam boşalmış batareya təxminən 90 dəqiqəyə tam şarj olur. Şarj prosesini LED işıqdan izləyə bilərsiniz: ekran tam işıqlananda cihaz şarj olmağa başlayır. Tam şarj olduğunu isə LED işığının sönməsindən anlayacaqsınız.
Ploom X Advanced-ın ön paneli güclü maqnitlərlə cihazda möhkəm yerləşir və siz çıxarmadığınız müddətcə düşmür. Eyni zamanda ön panel asanlıqla dəyişdirilir. Geniş rəng çeşidindən seçərək istədiyiniz zaman tərzinizə uyğunlaşdıra bilərsiniz.
Ploom X Advanced-ın təmizlənməsi sadədir. Ön paneli çıxardıqdan sonra təmizləmə çubuğunu yüngülcə isladıb, qızdırılma kamerasını diqqətlə silin və tütün hissəciklərini təmizləyin. Daha sonra qoruyucu qapağı açıb, boş bir qızdırma seansı keçirərək artıq nəmin buxarlanmasını təmin edin.



