Black Friday: Ploom-un kampaniya təklifləri ilə tanış olun

3-dəqiqə oxumaq
Ploom Aura cihazı və Black Friday Ploom ilə daha çox imkan kampaniya banneri

İlin ən çox gözlənilən alış-veriş dövrlərindən biri olan Black Friday bu il Ploom istifadəçiləri üçün də fərqli fürsətlərlə gəlir. 26–29 noyabr tarixlərində Ploom həm onlayn, həm də rəsmi mağazalarında xüsusi kampaniya təklifləri təqdim edir. Bu müddət ərzində Ploom.az üzərindən alış-veriş edənlər əldə etdikləri məhsulların dəyərinə uyğun Ploom Klub xalları qazana, rəsmi Ploom mağazalarından cihaz alanlar isə seçdikləri aksesuarı hədiyyə əldə edə bilərlər.

Black Friday müddətində alış-verişinizi əlavə üstünlüklərlə tamamlamaq üçün iki fərqli fürsətdən yararlana bilərsiniz. Bunlar hansılardır? Gəlin tanış olaq

1. Ploom.az alış-verişlərinə görə 50% ekvivalentində Ploom Klub xalı

26–29 noyabr tarixlərində Ploom.az üzərindən 35 AZN-dən yuxarı məbləğdə edilən alış-verişlərə görə səbətin ümumi dəyərinin 50%-i ekvivalentində Ploom Klub xalı hesablanır. Xalların hesablanması Ploom Klub sistemində müəyyən edilmiş 1 AZN = 30 xal nisbətinə əsaslanır. Məsələn, Ploom.az üzərindən 40 AZN dəyərində aksesuar aldıqda, alış məbləğinin 50%-i olan 20 AZN ekvivalentində, yəni 600 Ploom Klub xalı əldə edilir. Kampaniya müddətində istifadəçilər bir neçə alış-veriş etməklə ümumilikdə maksimum 1 500 xal (50 AZN ekvivalenti) qazana bilərlər.

Ploom Klub xallarını hansı mükafatlara dəyişmək mümkündür?

Ploom Klub proqramında toplanan xallardan müxtəlif vauçer və aksesuarlar əldə etmək üçün istifadə etmək mümkündür. Təklif olunan mükafatlar arasında həm Ploom cihazları üçün aksesuarlar, həm də fərqli şirkətlərin hədiyyə kartları yer alır.

Mükafatların xal qarşılıqları aşağıdakı kimidir:

  • 300 xal: Bolt üçün 10 AZN dəyərində gediş vauçeri;
  • 450 xal: Amazon Green, Dark Orchid və Lavender rənglərində Ploom ön panelləri;
  • 600 xal: Wolt üçün 20 AZN dəyərində vauçer;
  • 750 xal: Lava Red rəngində arxa örtük;
  • 1050–1200 xal: Solo və Duo Daşıma qabları;
  • 1 500 xal: Azpetrol və ya Kontakt üçün 50 AZN dəyərində hədiyyə kartı.

Beləliklə, Ploom Klub xalları fərqli məhsul və xidmətlərə dəyişdirilə bilən sistem kimi istifadə olunur. Xallar gün ərzində istifadəçinin hesabına əlavə olunur. Qeyri-iş günlərində edilən alışlar üzrə xallar isə növbəti iş günü hesabda əks olunur.

2. Rəsmi Ploom mağazalarında cihaz alışına aksesuar hədiyyəsi

Black Friday kampaniyasının ikinci təklifi rəsmi Ploom pərakəndə satış nöqtələrində cihaz əldə edən istifadəçilərə aiddir.

26–29 noyabr tarixlərində rəsmi Ploom mağazalarından istənilən Ploom cihazını alan yetkin istifadəçilərə bir ədəd aksesuar hədiyyə olunur. Təklif həm ayrıca satılan cihazlara, həm də paket şəklində təqdim olunan məhsullara şamil edilir.

Hədiyyə olaraq hansı aksesuarlar təqdim olunur?

Cihaz alışına hədiyyə edilən aksesuarlar arasında iki seçim var:

  • Arxa örtük: Jet Black, Lunar Silver və Amazon Green rənglərində;
  • Solo daşıma çantası: Jet Black və Denim dizaynlarında.

Arxa qapaqlar cihazın xarici görünüşünü fərdiləşdirməyə, daşıma çantaları isə onu gündəlik istifadə zamanı daha rahat daşımağa imkan verir.

Qeyd edək ki, hədiyyə aksesuarların sayı məhduddur və təklif yalnız Ploom-un rəsmi pərakəndə satış nöqtələrində keçərlidir.

Ploom Black Friday kampaniyası: tarixlər və şərtlər

Ploom-un Black Friday kampaniyası 26–29 noyabr 2026-cı il tarixlərində keçirilir. Onlayn alış-veriş zamanı Ploom Klub xalları qazanmaq üçün Ploom.az platformasından, cihaz alışına aksesuar hədiyyəsi əldə etmək üçün isə rəsmi Ploom mağazalarından istifadə olunur.

Beləliklə, kampaniyanın iki istiqaməti fərqli alış-veriş seçimlərini əhatə edir: onlayn sifarişlərə görə Ploom xalları, mağazalarda cihaz alışına görə isə aksesuar hədiyyəsi təqdim edilir. Qeyd edək ki, Trade-In təklifi bu kampaniyaya daxil deyil.

Qeyd: Ploom məhsulları risksiz deyil və asılılıq yaradır. Yalnız yetkinlik yaşına çatmış istifadəçilər üçündür.

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz