OFISDƏ PLOOM ISTIFADƏSI

Ofisdə Ploom istifadəsi

2-dəqiqə oxumaq
Ofis masasının üzərində noutbuk, qəhvə fincanı və yanında yerləşdirilmiş Ploom cihazı

Ofisdə fasilə verəndə adətən böyük planlar olmur. Kimsə kofe alır, kimsə pəncərə kənarında hava alır, kimsə də dostlarla bir az söhbət edir. Siqaret fasilələri də çox vaxt belə başlayır. Fasilələr yaxşı keçsə də, siqaret çəkib ofisə qayıtdıqda qoxu narahatlıq yaradır. Tüstü ətrafa yayılır, paltarın üstünə hopur və bu hal istər-istəməz ətrafdakılar tərəfindən hiss olunur. Xüsusilə qapalı məkanda bu vəziyyət insanın özünün də rahat hiss etməsinə mane olur.

Ploom istifadə edəndə isə bu narahatlıq yaşanmır. Yanma olmadığı üçün tüstü məsələsi olmur, qoxu da ya ümumiyyətlə hiss edilmir. Ona görə fasilələrdə Ploom istifadə etdikdən sonra rahatlıqla ofisə qayıdıb iş yoldaşlarınızla qoxudan narahat olmadan işə davam edə bilirsiniz.

İş günündə qısa fasilə

Ofisdə fasilələr adətən çox qısa olur. Nahar vaxtını çıxsaq, əksər hallarda 5–10 dəqiqəlik aralar verilir və sonra yenidən işə qayıtmaq lazımdır. Bu qısa vaxtda insan fasilədə edəcəyi məşğuliyyətin başlamasına nə uzun hazırlıq gözləmək istəyir, nə də fasilənin uzanmasını.

Ploom istifadəsi daha rahat olur. Qısa müddətdə işə salınır və istirahətiniz boyunca rahatlıqla istifadə edirsiniz. Açıq havaya çıxanda da, olduğunuz yerin qaydalarına uyğun olduğu hallarda qapalı məkanda da istifadə etmək mümkündür. Yanma olmadığı üçün kül problemi yaranmır, qoxu isə ya hiss edilmir, ya da çox tez itir. Bu da fasiləni daha rahat və nəzarətli edir.

Telefon istifadə edən insanın əlində Ploom cihazı, fasilə zamanı

Ploom ilə ofisdə daha diqqətli yanaşma

Ofis təkcə şəxsi məkan deyil, ortaq mühitdir. Burada hər kəs bir-birinin rahatlığını düşünməlidir. Ənənəvi siqaret çəkəndə isə bu balans tez-tez pozulur. Balkonda siqaret çəkərçən tüstü içəri dolur, qoxu paltarda qalır və bu, digərləri üçün narahatlıq yarada bilir.

Ploom istifadə edildikdə bu problemlər yaşanmır. Yanma olmadığı üçün tüstü yayılmır, qoxu isə ətrafa hopmur. Fasilədən qayıdanda üzərinizdə qalıcı siqaret qoxusu olmur və bu, ofis daxilində daha rahat münasibət yaradır.

Xüsusilə açıq ofis mühitlərində bu fərq daha aydın hiss olunur. İnsan həm özü rahat olur, həm də başqalarını narahat etmədiyini bilir.

5 dəqiqəlik Ploom fasiləsi

Bəzən günün ortasında cəmi beş dəqiqəlik fasilə belə kifayət edir. Bu qısa vaxtda əsas məsələ fasilənin uzanmaması və diqqəti tam dağıtmamasıdır. Ploom istifadəsi də məhz bu tip qısa fasilələrə uyğun gəlir.

İstifadə prosesi nə çox vaxt aparır, nə də sonra əlavə məşğuliyyət tələb edir. Qoxunun qalmaması isə fasilədən sonra işə daha rahat fokuslanmağa kömək edir. Nəticədə fasilələr istədiyiniz kimi keçir və ofisə qayıtdından sonra iş ritmi pozulmur.

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz