Müasir həyat tərzi rahatlıq, texnologiya və fərdilik üzərində qurulub. İnsanlar gündəlik seçimlərində yalnız funksionallıq deyil, həm də estetik görünüş və şəxsi uyğunluq axtarırlar. Ploom bu ehtiyacı qarşılayan brendlərdən biridir və artıq Dəniz Mall-da daha bir satış nöqtəsilə təmsil olunur.
Ploom X Advanced cihazlarını və Sobranie çubuqlarını daha yaxından tanımaq, fərqli panelləri yerində görmək və real təcrübə əldə etmək istəyənlər üçün Dəniz Mall-da fəaliyyətə başlayıb. Burada həm brendin əsas məhsulları ilə tanış ola, həm də texnologiya və dizaynın birləşdiyi fərqli təcrübəni kəşf edə bilərsiniz.
Dəniz Mall, Bakı şəhərinin ən böyük, müasir və konseptual alış-veriş və əyləncə mərkəzlərindən biridir. Dənizkənarı Bulvardakı bu məkan təkcə alış-veriş üçün deyil, həm də yaşam tərzini əks etdirən markalarla təmas qurmaq üçün ideal bir məkandır.
Arxitekturası, açıq sahələri, panoramik görüntüləri və dünya səviyyəli brendlərin iştirakı ilə Dəniz Mall, şəhər həyatının ritmini tutmaq istəyən hər kəs üçün ən uyğun məkanlardandır. Artıq bu məkanda, dünya səviyyəli markalar arasında Ploom da öz yerini alıb.
Ploom-un Dəniz Mall satış məntəqəsində bütün cihaz və aksesuarlarla əyani tanış olub, alış-veriş etmək imkanınız var.
Brend məsləhətçiləri ilə birbaşa ünsiyyət quraraq, məhsullar haqqında ətraflı və peşəkar məlumat almaqla məhsulları sınaqdan keçirib sizə uyğun olanını seçə bilərsiniz. Bu məkan Ploom brend dünyası ilə tanışlıqla yanaşı, tam yeni təcrübə yaşamaq üçündür.
Ploom X Advanced cihazı, sadəcə nikotin ötürən texnologiya deyil. Bu, zövqlə texnologiyanın vəhdətidir. Onun:
Cihazı istədiyiniz ön panel və arxa örtük ilə fərdiləşdirərək, onu öz zövqünüzün bir parçasına çevirə bilərsiniz. Parlaq Silver? Dərin Amazon Green? Yoxsa Lava Red? Seçim sizindir.
Dəniz Mall-da çubuqların fərqli zövqlərə uyğun 7 unikal dadı təqdim olunur:
Bu dadlarla Ploom məkanında ətraflı tanış ola, cihazla birlikdə sınaya və özünüzə uyğun olanı seçə bilərsiniz.
Ploom-un Dəniz Mall-da açılması, markanın insanlara daha yaxınlaşması, təcrübənin isə daha real, toxunula bilən hala gəlməsi deməkdir. Artan satış nöqtələrimizlə sizə daha yaxşı xidmət göstərməyə, daha əlçatan olmağa çalışırıq. Qeyd edək ki, satış məntəqələrimizdən əlavə olaraq saytımızdan da istədiyiniz məhsulu onlayn sifariş etmək imkanınız var.
Siz də öz Ploom anınızı yaşamaq istəyirsinizsə, yolunuzu bu məkandan salın. Çünki fərq sadəcə cihazda deyil, onu necə hiss etdiyinizdədir.
Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.
Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır.
Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.
Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.