Qızdırılan tütün və veypinq tez-tez qarışdırılır, lakin onların işləmə mexanizmi fərqlidir. Hər ikisi ənənəvi siqaretlərə alternativ kimi yaradılıb və istifadəçiyə buxar təqdim edir, amma prinsipləri və tərkibləri fərqlidir. Hər ikisinin üstünlüyü odur ki, yanma baş vermir, kül və tüstü yaranmır. Bənzərlikləri demək olar ki bununla məhdudlaşır.
Ploom X Advanced tütünü yandırmadan qızdıran unikal texnologiyadan istifadə edir. Zəngin tütün aroması təqdim etməklə yanaşı, Ploom X Advanced ətrafınızdakı insanlara daha az zərər verir və ənənəvi siqaretlə müqayisədə riskləri azaldır.¹
Dizayn baxımından Ploom X Advanced, siqaret çəkmə vərdişlərini təkrarlamağa imkan verir, amma heç bir kibrit, alışqan və ya külqabı tələb etmir. Sobranie tütün çubuqları siqaret məntiqi ilə işlədiyi üçün tam tanış bir təcrübə təqdim edir. Çubuqlar əsl tütündən hazırlanıb və onlar haqqında ətraflı məlumatı “Ploom-u təqdim edirik – Unikal qızdırılan tütün texnologiyası” məqaləsində oxuya bilərsiniz.
Veyplər tüstüsüz olsa da, propilen qlikol tərkibli maye səbəbindən buxar “buludu” əmələ gətirir. Veypinq və onun xüsusiyyətləri barədə daha çox məlumatı “Qızdırılan tütün veypinqdir?” bloqunda tapa bilərsiniz.
Ploom-un qızdırılan tütün məhsulları müasir dünyada tütün dadını daha rahat və yenilikçi şəkildə təqdim etmək üçün hazırlanıb. Tüstünün olmaması onları veypinqə alternativ kimi daha dözümlü edir.
Dizayn baxımından da üstünlükləri vardır: Ploom X Advanced ergonomik formada hazırlanıb, ələ rahat oturur və indiyə qədər yaradılmış ən kiçik qızdırılan tütün cihazımızdır. İstifadə zamanı tüstü yaranmır və qoxusu minimuma endirilir². Sadəcə incə tütün aroması hiss olunur, bu da ətrafdakılara daha az narahatlıq yaradır.
Daha çox seçim üçün Ploom X Advanced doqquz unikal dad təklif edir. Ploom-un innovasiyaları və qızdırılan tütün texnologiyası haqqında ətraflı məlumatı “Qızdırılan tütünün tarixi” bloqunda oxuya bilərsiniz.
¹ 9 zərərli maddədə orta hesabla¹ 90-95% azalma*
Ploom X Advanced ənənəvi siqaretə nisbətən daha az risk potensialı olan innovativ qızdırılan tütün məhsuludur.
Ploom X Advanced, siqaret tüstüsündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən azaldılması tövsiyə olunan 9 maddənin səviyyələrində orta hesabla 90-95% azalma göstərir.
VACİBDİR: BU, PLOOM X ADVANCED İSTİFADƏSİNİN TƏHLÜKƏSİZ OLDUĞUNU VƏ YA TÜTÜN İSTİFADƏSİ İLƏ BAĞLI SAĞLAMLIQ VƏ ASILILIQ RİSKLƏRİNİ ARADAN QALDIRDIĞINI BİLDİRMİR. HEÇ BİR TÜTÜN MƏHSULU TƏHLÜKƏSİZ DEYİL.
* Mövcud maşınla ölçülən məlumatlara əsasən, ÜST tərəfindən siqaret tüstüsündə azaldılması tövsiyə edilən 9 zərərli tərkibin standart referans siqaret (1R6F) tüstüsündə və Ploom X Advanced buxarında müqayisəsi əsasında hazırlanmışdır.
² Siqaretlə müqayisədə. Ploom X Advanced qızdırılan tütün çubuqları ilə siqaret tüstüsünün tütün qoxusunun intensivliyini müqayisə edən sensor panel testi əsasında.
Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.
Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır.
Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.
Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.