Ploom təcrübəsini yaşamaq istəyirsiniz, lakin mağazaya getməyə vaxtınız yoxdur? Bunun həllini tapmışıq! Sizin rahatlığınız üçün onlayn sifariş prosesini sadələşdirmişik və çatdırılmanı daha rahat, əlçatan etmişik.

Evdən çıxmadan, cəmi bir neçə kliklə Ploom məhsullarına sahib ola bilərsiniz. Həmçinin Bakı, Sumqayıt və Abşeron ərazisində sürətli çatdırılma ilə Ploom cihazı və məhsulları birbaşa qapınıza qədər gəlir.

Siz seçiminizi edin, qalan işləri biz həll edərik.

Biz müştəri məmnuniyyətini yalnız məhsul keyfiyyəti ilə deyil, həm də xidmətin sürəti və rahatlığı ilə ölçürük. Sizin rahatlığınız bizim üçün məhsulların keyfiyyəti qədər önəmlidir.

Onlayn sifariş üçün cəmi 4 sadə addım kifayətdir. Gəlin bu addımlarla tanış olaq.

1. Yaş yoxlamasından keçin və hesab yaradın

Ploom məhsulları yalnız 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub. Buna görə də sifariş prosesi şəffaf və təhlükəsiz identifikasiya ilə başlayır. Saytımız SİMA sisteminə inteqrasiya olunub. Şəxsiyyət vəsiqənizin seriya nömrəsi və FİN kodunu daxil etməklə saniyələr içində yaş təsdiqləməsini tamamlaya bilərsiniz. 

Bu zaman heç bir sənəd yükləməyə və ya fiziki prosesə ehtiyac yoxdur, bütün proses tamamilə onlayndır.

Təhlükəsizlik və gizlilik standartlarına uyğun olaraq şəxsi məlumatlarınız tamamilə qorunur.

2. Seçimlərinizi edin

Ploom-un əsas fərqləndirici xüsusiyyətlərindən biri də fərdi seçim azadlığıdır. Hal-hazırda cihaz 5 fərqli rəngdə təqdim olunur. Zövqünüz istər minimalistik dizayn, istərsə də daha canlı rənglər tələb etsin, fərq etmir. Hər növ dizaynda seçim var.

Əlavə olaraq, 7 fərqli dad seçiminə malik tütün çubuqlarını istədiyiniz sayda səbətinizə əlavə etməkdə sərbəstsiniz. 

Qeyd edək ki, Ploom aksesuarlar bölməsində isə cihazınız üçün təmizləyici vasitələr, maraqlı üzlüklər və daha çoxu var.

3. Sifarişi tamamlayın

Seçimləri tamamladıqdan sonra saytın yuxarı sağ küncündəki səbət ikonuna klikləyin.

Məhsullarınızı son dəfə nəzərdən keçirin və “Sifarişi tamamlayın” düyməsini sıxın. Növbəti mərhələdə əlaqə məlumatlarınızı və çatdırılma ünvanını daxil edin. Hər şey dəqiqləşdikdən sonra “Sifariş verin” düyməsi vasitəsilə sifarişinizi yekunlaşdırın.

Ödənişi etdiyiniz andan etibarən sifarişinizi hazırlamağa başlayırıq. 

Ödəniş prosesi tam təhlükəsizdir və məlumatların məxfiliyi qorunur. 

4. Ploom qapınızdadır!

Son addımda artıq Ploom-un yeni nəsil tütün təcrübəsinə bir addım daha yaxınsınız!

Sifarişiniz təsdiqləndikdən sonra logistika komandamız prosesi dərhal işə salır və orta hesabla 1 saat ərzində məhsul ünvanınıza çatdırılır. 

Əraziyə görə bu müddət dəyişə bilər. Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron üzrə bütün çatdırılmalar 35 AZN-dən yuxarı pulsuzdur.

Əlavə dəstəyə ehtiyacınız var?

Sadəcə bir zənglə bütün suallarınıza cavab tapacaqsınız.

Hər hansı texniki çətinlik, sifariş prosesində anlaşılmazlıq və ya sadəcə sual yaranarsa, *9010 nömrəli zəng mərkəzimiz hər gün xidmətinizdədir. Əməkdaşlarımız sifariş statusu, çatdırılma vaxtı və məhsul seçimləri ilə bağlı sizi ətraflı məlumatlandıracaq.

Bizimlə birgə Ploom təcrübəsinə başlamaq həm sürətli, həm də problemsizdir.

Siz də Ploom məhsullarını onlayn sifariş edin, sürətli və pulsuz çatdırılmanın rahatlığını yaşayın, vaxtınıza və enerjinizə qənaət edin.

Bütün bloq məqalələrini kəşf et

Ən son xəbərlərimiz və yeniliklərimiz

Sizin 18 yaşınız varmı?

Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.

Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır. 

Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.

Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.

Təsdiqlə