Ploom cihazının ömrünü necə uzatmaq olar?
Texnoloji cihazların uzunömürlü olması təkcə istehsal keyfiyyəti ilə deyil, gündəlik istifadə vərdişləri və düzgün baxımla da birbaşa əlaqəlidir. Ploom tütünü yandırmadan qızdıran cihaz kimi daha az mexaniki aşınmaya məruz qalsa da, müntəzəm qulluq və diqqətli istifadə onun stabil işləməsini təmin edən əsas amillər sırasındadır. Xüsusilə təmizləmə qaydalarına əməl olunması və cihazın iş prinsipinə uyğun istifadə edilməsi həm dadın qorunmasına, həm də texniki performansın uzun müddət dəyişməz qalmasına kömək edir.
Ploom X Advanced-ı necə təmizləmək lazımdır?
Ploom X Advanced cihazının təmizlənməsi çox asandır. Sadəcə müəyyən ardıcıllığa riayət etməklə cihazınızı rahatlıqla təmizləyə bilərsiniz.
- Təmizləməyə başlamazdan əvvəl cihazın istifadədən sonra tam soyuması tövsiyə olunur.
- İlk olaraq ön panel çıxarılır və qızdırılma kamerasına çıxış təmin edilir. Daha sonra istifadə olunmamış təmizləyici çubuq az miqdarda su ilə nəmləndirilir. Çubuq su damcılayacaq qədər isladılmamalı, sadəcə səthi nəm olmalıdır.
- Nəmləndirilmiş çubuq qızdırılma kamerasının daxilinə yerləşdirilərək daxili səth yavaş və diqqətli hərəkətlərlə təmizlənir.
- Təmizləmə bitdikdən sonra kamerada qalan nəmin aradan qaldırılması vacibdir. Bunun üçün qoruyucu qapaq açıq saxlanılır və cihaz tütün çubuğu daxil edilmədən qızdırma rejiminə keçirilir.
- Seansın tam başa çatması gözlənilir ki, artıq nəmlik buxarlansın. Bu addımın ötürülməsi sonrakı istifadə zamanı narahatlıq yarada biləcək isti buxarın əmələ gəlməsinə səbəb ola bilər.
Cihazınızın qızdırılma kamerasında qalıqlar müşahidə edildikdə və ya tütün çubuğu qutusu bitdikdən sonra təmizlik etsəniz, cihazınızın ömrü daha uzun olacaq.
Cihazın ömrünü uzadan və dadı qoruyan düzgün baxım qaydaları
Ploom X Advanced-ın stabil işləməsi üçün təmizləmə ilə yanaşı gündəlik baxım vərdişləri də önəmlidir. Cihazın düşmələrdən və mexaniki zərbələrdən qorunması daxili komponentlərin zədələnməsinin qarşısını alır. Eyni zamanda cihazın həddindən artıq rütubətli və ya çox isti mühitdə saxlanılmasını tövsiyə etmirik.
İstifadə zamanı yalnız Ploom tütün təmizləmə çubuqlarından istifadə edilməsi həm dad profilinin qorunmasına, həm də qızdırılma kamerasın da əlavə çöküntülərin yaranmamasına kömək edir. Qalıqların artması zamanla dadın dəyişməsinə və cihazın performansında zəifləməyə səbəb ola bilər.
Şarj prosesində də diqqətli olmaq vacibdir. Cihazın tam boşalmadan tez-tez şarja qoşulması və ya uyğun olmayan enerji mənbələrindən istifadə uzunmüddətli perspektivdə batareya performansına təsir göstərə bilər.
HeatFlow sisteminin effektivliyini qorumaq üçün məsləhətlər
Ploom X Advanced-da istifadə olunan HeatFlow texnologiyası tütünün bərabər şəkildə qızdırılmasını təmin edir. Bu sistemin effektiv işləməsi üçün qızdırılma kamerasının təmiz saxlanılması əsas şərtlərdən biridir. Kamerada yığılan qalıqlar istiliyin bərabər paylanmasına mane olaraq cihazın düzgün qızmasının qarşısını alır.
Tütün çubuğunun kameraya düzgün yerləşdirilməsi də vacib məqamdır. Çubuğun əyilmiş və ya zədələnmiş olması qızdırma prosesinə mənfi təsir göstərə bilər. İstifadədən sonra cihazın bir müddət açıq vəziyyətdə saxlanılması daxili temperaturun balanslı şəkildə normallaşmasına kömək edir.
HeatFlow sisteminin stabil işləməsi üçün cihazın ardıcıl olaraq çox qısa fasilələrlə istifadə edilməməsi önəmlidir. Bu, daxili komponentlərin həddindən artıq yüklənməsinin qarşısını alır və uzunmüddətli performansın qorunmasına şərait yaradır.



