TÜTÜN ÇUBUĞUNU SINAYIN VƏ FƏRQLİ DADLARI KƏŞF EDİN

Gələcəyin tütün təcrübəsini Ploom satış nöqtələrində sınayın

4-dəqiqə oxumaq
Ploom satış nöqtəsi Bakı Crescent Mall ticarət mərkəzində

Müasir texnologiya həyatımızın bir çox sahəsinə yenilik gətirdiyi kimi, tütün məhsullarına yanaşmada da köklü dəyişikliklər edir. Ploom, ənənəvi tütün istifadəsinə müasir alternativ təklif edərək, həm dizaynı, həm funksionallığı, həm də istifadə rahatlığı ilə fərqlənir. Əgər siz də bu yeniliyi yaxından tanımaq və şəxsi təcrübə qazanmaq istəyirsinizsə, sizi Ploom satış nöqtələrimizə dəvət edirik.

“Ploom harada satılır?”, “Sınaqdan keçirə bilərəmmi?” Cavab buradadır!

Ən çox ünvanlanan suallardan biri budur ki: “Cihazı almadan öncə canlı şəkildə yoxlaya bilərəmmi?” Bəli! Artıq Bakının və Sumqayıtın seçilmiş ticarət mərkəzlərində fəaliyyət göstərən Ploom satış nöqtələrində Ploom-u sınaqdan keçirə bilərsiniz. Satış mərkəzlərimizdə cihazı əlinizlə tutaraq onu yaxından tanıya, fərqli dadları sınaqdan keçirə və seçim etməzdən öncə məhsulun sizə uyğun olub-olmadığını yerindəcə anlayacaqsınız.

Bu mərkəzlər təkcə satış nöqtəsi deyil, sizi Ploom-un fərqli dünyasına doğru aparan ilk real addımdır. İnteraktiv təqdimat, mütəxəssis dəstəyi və canlı test imkanları ilə Ploom təcrübəsini əyani olaraq yaşamaq indi daha asandır.

Ploom X cihazı Bakı Bravo 20 Yanvar mağazasında təqdim olunur

Texnologiya və estetika bir arada

Ploom cihazları sadəcə tütün istehlakına alternativ deyil, eyni zamanda zərif texnologiya nümunəsidir. Satış nöqtələrimizdə cihazı əlinizə alaraq onun yüngüllüyünü, kompakt quruluşunu və estetik dizaynını hiss edəcəksiniz. Fərqli rəng seçimləri ilə təqdim etdiyimiz tütün çubuqlarının modelləri hər bir istifadəçiyə öz stilinə uyğun seçim etməyə imkan verir.

Əməkdaşlarımız cihazın bütün texniki xüsusiyyətlərini sizə izah edəcək, istifadəsini sizə əyani göstərəcək və ilk Ploom təcrübənizə bələdçilik edəcəklər. 

Ploom-un 7 fərqli dadını sınayın - Sizin zövqünüz hansıdır?

Ploom-un təqdim etdiyi ən böyük üstünlüklərdən biri də onun geniş dad seçimi imkanlarıdır. Hal-hazırda istifadəçilərə 7 fərqli dad variantı təklif edirik. Yumşaq, intensiv, mentollu və meyvəli notlarla zəngin variantlar arasında sizin zövqünüzə uyğun dad mütləq var.

Satış nöqtələrimizdə bu dadları canlı şəkildə sınamaq mümkündür. Ploom-un peşəkar məsləhətçiləri sizə uyğun olan dadı seçməyinizdə yardımçı olacaq. 

Hansı daddan başlamaq daha düzgündür? Hansı daha yüngül, hansı daha tünddür? Bütün bu sualların cavabını yerindəcə alacaqsınız.

Ploom cihazı Sumqayıt Bravo mağazasında sınamaq imkanı

Qısa təlimat, maksimum rahatlıq

Ploom istifadəsi çox sadə və intuitivdir. lk dəfə istifadə edirsinizsə, təbii ki, bəzi suallar yarana bilər. Elə bu səbəbdən satış məntəqələrində sizə qısa və əhatəli təlimat təqdim edəcəyik. Bu təlimatda cihazın necə işlədiyi, necə yerləşdirildiyi və optimal istifadə qaydaları barədə ətraflı məlumatlar yer alır. 

Beləcə, Ploom-u əldə etdikdən sonra artıq tam rahatlıqla və sərbəst  istifadə edəcəksiniz.

Ploom Club - Eksklüziv dünyaya bir addım

Əgər siz artıq Ploom istifadəçisi olmaq qərarına gəlmisinizsə, sizi təbrik edirik! Yerindəcə Ploom Club-a üzv olmaqla bir çox üstünlüklərdən faydalana bilərsiniz. 

Ploom Club üzvləri bonus ballar toplamaq, eksklüziv kampaniyalarda iştirak etmək və yeni məhsullardan ilk xəbərdar olmaq kimi imkanlara sahib olurlar.

Ploom X pop-up stendi Bakı Gənclik Mall daxilində

Ən yaxın satış nöqtəsini tapmaq çox asandır

Hazırda Ploom Bakı və Sumqayıt şəhərlərində yerləşən bir sıra ticarət mərkəzlərində və hipermarketlərdə fəaliyyətə başlayıb. Sizə ən yaxın ünvanı tapmaq üçün *9010 nömrəsinə zəng edə və ya saytımızın əlaqə bölməsinə daxil ola bilərsiniz.

Həmçinin, bütün satış nöqtələrinin siyahısını onlayn olaraq əldə etmək mümkündür.

Əgər siz də tütün istifadəsində texnolojiestetik alternativ axtarırsınızsa, Ploom satış nöqtələri məhz sizə görədir. Cihazı canlı şəkildə sınayın, dadları kəşf edin və Ploom dünyasına ilk addımınızı bizimlə atın. 

Unutmayın ki, bəzən sadəcə bir sınaq belə seçimlərimizi dəyişəcək gücə malikdir.

ƏLAQƏLİ MƏQALƏLƏR

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz