• Ana səhifə
  • Bloq
  • Ploom-dan Yeni Həyəcan.Race Game: Yarışın, Xal Yığın, Qalib Gəlin

Ploom.az istifadəçilərinə yeni interaktiv və əyləncəli təcrübə təqdim edir. Race Game ilə həm yarışacaq, həm də xallar qazanacaqsınız. Daha sonra bu xalları müxtəlif hədiyyələrlə dəyişmək fürsətiniz də olacaq.

Oyun üçün Ploom.az saytında hesabınız olmalıdır və hesabınızdakı nömrəni təsdiqləyərək oyuna başlaya bilərsiniz. 

Race Game nədir?

Race Game, myploom.az saytında oynanılan interaktiv onlayn yarışdır. Oyunda iştirakçılar virtual marşrutu tamamlayır, kristalları toplayır və oyun boyu uduzmayaraq lider lövhəsində ən yüksək mövqedə olmağa çalışırlar

Yarış həm sadə, həm də rəqabətcildir. Qısa müddət ərzində bacarıqlarınızı sınayır və mümkün qədər yaxşı nəticə göstərməyə çalışırsınız.

Qeyd edək ki, yarış yalnız müəyyən müddət üçün aktivdir.

İştirak etmək üçün nə etmək lazımdır?

Race Game-də iştirak etmək çox sadədir. Bunun üçün yalnız bir neçə əsas şərti yerinə yetirmək kifayətdir:

1. Saytda qeydiyyat: Yarışa qoşulmaq üçün Ploom.az saytında qeydiyyatdan keçdiyiniz əlaqə nömrəsilə myploom.az saytından da qeydiyyatdan keçin.

2. Telefon nömrəsini təsdiqləyin: Nömrənizə gələn OTP SMS vasitəsilə telefon nömrənizi təsdiqləyin və oyun qaydaları ilə razılaşın.

3. Bir dəfə iştirak: Hər istifadəçi yalnız bir dəfə yarışda iştirak edə bilər.

Qeyd edək ki, Ploom.az saytından qeydiyyatdan keçdikdən sonra yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Sadəcə myploom.az saytına daxil olarkən hesabınız olduğunuzu təsdiqləyib oyuna başlayırsınız. 

Lider lövhəsi və performans ölçüləri

Race Game-də lider lövhəsində mövqeyiniz performansınıza görə müəyyən edilir. Lövhə üç əsas kriteriyaya əsaslanır:

Marşrutu tamamlanma sürəti: Yarış zamanı bütün iştirakçılara eyni vaxt verilir. Bir dəqiqə ərzində ən çox xal yığan, kristal toplayan və ən az can itirən iştirakçı liderlikdə yüksəlir.

Oyunda həyatda qalmaq: Yarış zamanı bir dəqiqə ərzində iki dəfə maşınla toqquşsanız, vaxtından əvvəl oyun bitəcək. Oyun zamanı istifadəçiyə iki can verilir.

Toplanmış kristallar: Marşrut boyunca toplanan bonuslar və əlavə xal.

Yarışda yüksək mövqe əldə etmək üçün yalnız sürətli olmaq kifayət deyil, həm də strateji oynamaq və diqqətli olmaq vacibdir.

Kampaniyanın müddəti

Kampaniyanın əsas tarixləri:

Kampaniyanın sonu: 5 yanvar 2026

Nəticələrin açıqlanması: Kampaniya bitdikdən bir neçə iş günü ərzində nəticələr artıq bəlli olacaq.

Niyə Race Game-i oynamalısınız?

Race Game yalnız bir onlayn yarış deyil, həm də interaktiv əyləncə və rəqabət təqdim edir. İştirakçılar bu oyunla:

- Virtual marşrutu kəşf edir və bacarıqlarını sınayır.

- Kristalları toplayaraq əlavə xal qazanırlar.

- Lider lövhəsində öz mövqelərini qoruyurlar.

- Ən yüksək performans göstərərək qalib gəlmək şansı əldə edirlər.

Race Game-in nəticəsi

Race Game-də nəticələr lider lövhəsində tutduğunuz mövqeyə əsasən müəyyən edilir. İştirakçılar topladıqları xallar və yerləşdikləri yerə uyğun olaraq Ploom Xalları qazanırlar, ilk sıralarda yer alan oyunçular isə əlavə olaraq Ploom aksesuarları əldə edirlər.

Birinci yerin sahibi ən yüksək xal ilə yanaşı Premium Ön Panel, Dəri Arxa Örtük və 3-ü birində daşıma qabından ibarət xüsusi set qazanır.
 İkinci yer Ön Panel və Arxa Örtük, üçüncü yer isə Ön Panel əldə edir.

4–50-ci yerlərə düşən iştirakçılar Ploom Xalları əldə edirlər. Toplanmış xalları daha sonra müxtəlif əşyalarla dəyişmək mümkündür.

Race Game üzrə xal bölgüsü belədir:

● 1-ci yer: 750 xal ( Premium Ön Panel, Dəri Arxa Örtük və 3-ü birində daşıma qabı)

● 2-ci yer: 500 xal (Ön Panel və Arxa Örtük)

● 3-cü yer: 500 xal (Ön Panel)

● 4-cü yer: 500 xal

● 5–6-cı yerlər: 400 xal

● 7–9-cu yerlər: 300 xal

● 10-cu yer: 250 xal

● 11–19-cu yerlər: 200 xal

● 20–39-cu yerlər: 150 xal

● 40–50-ci yerlər: 100 xal

Yarışda necə daha yaxşı nəticə əldə edə bilərsiniz?

Yarışdan maksimum fayda əldə etmək və lider lövhəsində yüksək mövqe tutmaq üçün bu göstərişlərə əməl etməlisiniz:

1. Diqqətli oynayın: Marşrut boyunca diqqəti saxlamaq və hər kristalı toplamaq performansı artırır.

2. Həyatları qoruyun: Bir dəqiqə olan oyunda cəmi iki canınız olur. Əgər hər iki həyatınızı bir dəqiqədən az müddətdə itirsəniz, oyun dayanır ki, bu da lider lövhəsində mövqeyinizi azaldan amildir.

3. Taktik oyun: Diqqət və strategiyanı balanslı bir şəkildə istifadə edin.

Race Game və Ploom təcrübəsi

Race Game, myploom.az səhifəsində oynanılan interaktiv və həyəcanlı təcrübədir. Oyunda istifadəçilər marşrutu tamamlayır, kristalları toplayır və lider lövhəsində mövqelərini müəyyənləşdirirlər. Qısacası, yarış həm əyləncəli, həm də rəqabətcildir və qısa müddət ərzində bacarıqları sınamaq imkanı verir.

Ploom-un təqdim etdiyi fürsətlər

Ploom yalnız innovativ cihazlar ilə tanınmır, həm də istifadəçilərinə fərqli təcrübələr təqdim etməyi hədəfləyir. Race Game bu yanaşmanın bir hissəsidir. Oyun həm əyləncə, həm də mükafat qazanmaq üçün əla fürsətdir.

Ploom məhsulları və kampaniyaları haqqında daha çox məlumat əldə etmək, həmçinin satış və sifariş nöqtələrinə baxmaq üçün Ploom.az saytını ziyarət edə bilərsiniz.

Ploom cihazlarını və onun aksessuarlarını veb-saytımızdan onlayn şəkildə, Wolt vasitəsilə, həm də rəsmi satış məntəqələrindən əldə etmək mümkündür. Hansı üsulu seçməyinizdən asılı olmayaraq, Ploom sizə rahat və etibarlı alış təcrübəsi təqdim edir.

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz

Sizin 18 yaşınız varmı?

Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.

Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır. 

Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.

Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.

Təsdiqlə