Sobranie və Ploom: Dad və Keyfiyyətin Uyğunluğu
Müasir həyat tərzi yalnız funksionallıq deyil, həm də zövq və estetikaya əsaslanır. Tütün istifadəsinidə də bu yanaşma dəyişir. Belə ki, artıq insanlar yalnız alışqanlıq deyil, stil və seçkinlik simvolu olan məhsullara üstünlük verirlər. Məhz bu tələbin cavabı olaraq Ploom cihazları və Sobranie qızdırılan tütün çubuqları meydana çıxıb.
Sobranie, sadəcə tütün çubuğu deyil. Qızdırılan tütün texnologiyası ilə ənənəvi siqaretə alternativ təqdim etməklə yanaşı, bu məhsullar rahatlıqvə fərqliliyi bir araya gətirir.
Əgər siz də tütündən istifadə vərdişinizi daha zövqlü formada yaşamaq istəyirsinizsə, Ploom və Sobranie çubuqları sizin üçün hazırlanıb.
Sobranie çubuqları nə ilə fərqlənir?
Bu çubuqlar yalnız tütün həvəskarları üçün deyil, həm də dad və keyfiyyəti ön planda tutan istifadəçilər üçün nəzərdə tutulmuşdur.
Ploom Sobranie çubuqları fərqli çeşidləri ilə hər biri özünəməxsus təcrübə təqdim edir. Onlar tütünün klassik tamını qoruyub saxlamaqla yanaşı, meyvə və mentol tonları ilə zənginləşdirilib. Sobranie çubuqları 7 müxtəlif dad seçimi ilə təqdim olunur:
● Amber – Zəngin, şirin və balanslı tütün dadı. Kompleks bal, vanil və ağacsı krem notları ilə.
● Gold – Hamar və parlaq dad. Popkorn, çay, saman kimi incə alt tonlarla.
● Silver – Yüngül və klassik tütün dadı, qovrulmuş və kakao alt tonları ilə.
● Azure – Aşağı səviyyəli mentollu, yüngül tütün və kompleks aromatik dadlarla.
● Purple – Təzə giləmeyvə və meşə tonlarını xatırladan yüngül mentol dadı.
● Amarillo – Tropik manqo ləzzəti ilə təravətli və meyvəli.
● Baize Option – Armud aromalı, tütün və mentol balansı ilə zəngin və acı.
Bu fərqliliklər təkcə dadla kifayətlənmir, eyni zamanda intensivlik, aroma dərinliyi və soyutma təsiri baxımından da müxtəlif səviyyələr təqdim edir. İstər klassik tütün dadı axtaranlar üçün Amber, Gold və Silver, istərsə də daha təravətli və meyvə əsaslı seçimlər istəyənlər üçün Azure, Purple, Amarillo və Baize Option təklif olunur.
Sobranie üçün ən uyğun Ploom cihazı
Ploom cihazları qızdırılaraq tütün istifadəsi üçün nəzərdə tutulmuş yüksək texnologiyalı sistemlərdir. Bu cihazlar Ploom Sobranie çubuqları ilə mükəmməl uyğunlaşır və hər bir dadın özəlliklərini ən yüksək səviyyədə təqdim etməyə imkan verir.
Ploom cihazlarının üstünlükləri:
● 60 mm-lik xüsusi dizaynlı çubuqlara uyğunluğu
● 3 hissəli quruluş: RTB (20 mm), Paper Tube (20 mm), Filter (20 mm)
● 7.1 mm-lik ideal diametr
● Davamlı və sabit qızdırma sistemi
Bu texniki üstünlüklər tütünün yandırılmadan, sadəcə qızdırılması sayəsində daha təmiz və xoş dad almağa imkan verir. Ənənəvi siqaretlərə alternativ axtaranlar üçün bu cihazlar həm zərərli maddələrin azaldılması, həm də dadın maksimum səviyyədə alınması baxımından uyğundur.
Qızdırılan tütündə dad fərqi necə hiss olunur?
Qızdırılan tütün texnologiyası ənənəvi siqaretlərlə müqayisədə bir sıra fərqlərə malikdir. Bu texnologiya tütünün yanmasını deyil, qızdırılmasını təmin edir və bu da tütünün təmiz, yumşaq və balanslı dad verməsinə səbəb olur.
Ploom Sobranie çubuqları bu texnologiyadan istifadə edərək:
● Tütünün əsas dad notlarını qoruyur
● Əlavə meyvə və mentol aromalarını ortaya çıxarır
● Tüstüsüz və qoxusuz təcrübə təqdim edir
Dadların müxtəlifliyi hər biri istifadəçiyə zövqünə uyğun seçim imkanı yaradır.
Qeyd edək ki, gündəlik istifadədə eyni cihazla bir neçə fərqli dad sınaqdan keçirilə bilər.
Ploom Sobranie Azərbaycanda
Ploom Sobranie bazara daxil olduğu gündən Azərbaycanda da istifadəçilərin diqqətini cəlb edib, desək, yanılmarıq. Əgər siz də yeni təcrübə və ənənəvi tütünə əla alternativ axtarırsınızsa, Ploom Sobranie çubuqlarına nəzər yetirin .
Ploom Azərbaycan bazarına uyğun təkliflərlə çıxış edir və rəsmi distribyutorlar vasitəsilə cihaz və çubuqları əldə etmək mümkündür.
Sobranie və Ploom birləşməsi keyfiyyət, texnologiya və dadın harmoniyasını təqdim edir. 7 fərqli dad seçimi, uyğun cihaz dizaynı və müasir qızdırma texnologiyası ilə istifadəçilərə yeni nəsil tütün təcrübəsi təqdim olunur. Əgər siz də fərqli dadları kəşf etmək istəyirsinizsə, Ploom Sobranie tam da sizə görədir.



