PLOOM İLƏ SİQARETİ TƏRGİTMƏK

Siqareti Tərgitmək Çətindirsə, Ploom Sizinlədir

3-dəqiqə oxumaq
Minimalist dizaynlı Ploom cihazı yaxın planda | Texnologiya və estetik zövq bir arada

Siqareti atmaq illərlə formalaşmış həyat tərzini dəyişmək deməkdir. Asan görünsə də, bu dəyişiklik olduqca çətindir.Siqaret tərgitmək, stresli anlara ortaq olan “dostdan”, gündəlik vərdişdən, sosial münasibətlər zamanı ortaya çıxan davranış formasından imtina etməkdir. Bu isə olduqca böyük məsuliyyət və disiplin tələb edir.

Təsadüfi deyil ki, bir çox insan siqareti atmaq qərarını versə də, sona qədər qərarının üzərində dura bilmir. Ancaq bizim sizə alternativ çıxış yolumuz var.

Siqareti atmaq prosesini daha rahat keçirmək və uğurlu nəticə əldə etmək mümkündür. Necə? Bu baxımdan Ploom, siqaretdən tədricən uzaqlaşmaq istəyənlər üçün ideal alternativdir.

Siqaret yoxsa alternativ?

Ənənəvi siqaretin əsas problemi onun tərkibindəki zərərli maddələr və yanma prosesi ilə bağlıdır. Siqaret yandıqda isə yalnız nikotin deyil, eyni zamanda qatran, karbonmonoksid və digər onlarla zərərli kimyəvi maddə meydana gəlir. Bu maddələrin qəbulu həm sizin sağlamlığınız, həm də ətrafınızdakı hətta siqaret çəkməyən insanların sağlamlığı üçün də ciddi risklər yaradır. 

Siqaret çəkilən mühitlərdə qalan insanlar belə passiv şəkildə bu tüstüyə məruz qalırlar.

Ploom bu problemi əsaslı şəkildə həll etməyə yönəlib. Tütün qızdırıcı cihaz tütünü yandırmır, sadəcə qızdırır. Bu fərq texniki baxımdan kiçik görünsə də, nəticələri olduqca böyükdür. 

Çünki tütün çubuğu yandırılmadığı üçün nə tüstü, nə kül, nə də kəskin siqaret qoxusu yaranır. Beləliklə, həm daha təmiz istifadə təcrübəsi əldə edilir, həm də ətrafdakı insanlara narahatlıq verilmir.

Ploom cihazı necə işləyir?

Ploom cihazı, xüsusi hazırlanmış tütün çubuqlarını qızdıraraq nikotin təcrübəsi yaradır. Bu texnologiya sayəsində siz klassik siqaretə xas olan dumanlı və pis qoxulu atmosferlə qarşılaşmırsınız. Cihaz kompakt, portativ və istifadəsi asan olduğu üçün heç bir narahatlıq olmadan, rahat istifadəsi mümkündür.

Üstəlik, bu cihazın texnologiyası istifadəçiyə nəzarət hissi verir. Hər bir istifadədə cihaz müəyyən temperaturda sabit qalaraq təhlükəsiz şəkildə işləyir və beləliklə də tütün maddələrinin yanma riski ortadan qalxır.

Ploom cihazı Bakı şəhəri, kofe növləri | Double espresso açıq havada

Tütün təcrübəsində fərqli dadlar: Sobranie Ploom

Ploom-un üstünlüklərindən biri də istifadəçiyə fərqli dad seçimləri təqdim etməsidir. Ploom tütün çubuqları hər kəsin ağız dadına uyğun müxtəlif ləzzətlərdə mövcuddur. Bura klassik tünd dadlardan tutmuş meyvəli, mentollu və digər aromatik variantlara qədər seçimlər daxildir. Bu isə istifadəçiyə monotonluqdan uzaq təcrübə yaşadır.

Bəzi insanlar üçün siqareti buraxmaq sadəcə nikotindən uzaqlaşmaq deyil, həm də illərlə formalaşmış gündəlik ritualları dəyişmək deməkdir. Məhz bu boşluğu doldurmaq üçün Ploom tütün çubuğu effektiv keçid mərhələsi rolunu oynayır. Ploom ənənəvi siqaretin yerini tam dolduracaq qədər real təcrübə təqdim etməklə psixoloji ehtiyacları da qarşılayır.

Bakıda Ploom niyə bu qədər məşhurdur?

Ploom Bakı bazarında qısa müddət ərzində populyarlıq qazanıb. Bunu təsdiqləyən faktlardan biri də şəhərdə artan satış nöqtələrinin və istifadəçilərin sayıdır. Bunun bir neçə səbəbi var:

● İlk olaraq, Ploom qiyməti digər alternativ cihazlarla müqayisədə daha münasib və əlçatan səviyyədədir.

● İkinci olaraq, cihazın dizaynı müasir və istifadəçilərin rahatlığına uyğundur. 

● Üçüncü olaraq, Ploom Azərbaycan tərəfindən təqdim olunan rəsmi satış nöqtələri, texniki dəstək və orijinallıq zəmanəti istifadəçilərə əlavə rahatlıq və güvən verir.

● Əlavə olaraq, həm fiziki mağazalarda, həm də onlayn platformalarda cihaz və Sobranie tütün çubuqları asanlıqla əldə oluna bilir.

Ploom siqareti atmaqda həqiqətən kömək edirmi?

Hər bir insanın siqareti tərgitmə təcrübəsi fərqli olur. Kimisi bir anda tərgidə bilir, kimisi isə mərhələli şəkildə bu addımı atır. Ancaq bir çox istifadəçinin təcrübəsinə əsaslanaraq əminliklə demək olar ki, Ploom bu prosesi daha rahat və nəzarətli şəkildə idarə etməyə kömək edir.

Kiçik addımlarla böyük dəyişiklik

Əgər siz də siqaretdən xilas olmaq istəyirsinizsə, amma birbaşa tərgitmək sizin üçün çətindirsə, Ploom cihazı bu mərhələdə sizin əsas dəstəkçiniz olacaq. Siz alternativ tütün çubuğu ilə sağlamlığınıza daha az zərər verən, daha təmiz və rahat həyata addım ata bilərsiniz.

Unutmayın ki, dəyişiklik hər zaman böyük addımlarla deyil, kiçik və düşünülmüş qərarlarla başlayır. Ploom bu qərarı həyata keçirmək istəyənlər üçün həm texnoloji, həm də psixoloji baxımdan uyğun alternativlərdən biridir.

ƏLAQƏLİ MƏQALƏLƏR

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz