Yeni Ploom AURA - incə və zərif
Bu günə qədər ən seçilən dizaynımız olan Ploom AURA, qızdırılan tütün texnologiyasının yeni nəsli 2 həftə sonra sizinlə olacaq.
Ploom AURA ilə fasiləsiz tütün təcrübəsi
Smart HeatFlow texnologiyası və Ploom AURA-nın zərif siluetinə yerləşdirilmiş qabaqcıl bağlantı sayəsində tütün təcrübəsinə saniyələr içində çatmaq mümkün olacaq.
Hamar saten örtüyü və reflektiv ön paneli sayəsində ələ rahat oturur və daşıması asandır. Ploom AURA-nın dizaynı təbiətin axıcı xətlərindən ilhamlanaraq əlinizdə,cibinizə və ya çantanıza təbii şəkildə uyğunlaşacaq formada hazırlanıb.
Ploom AURA — daha incə, daha ağıllı, daha yumşaq
Ploom AURA ilə qızdırılan tütün təcrübənizin tam yeni mərhələsi .
Seçdiyiniz Sobranie çubuğunu daxil edin və Ploom AURA onu avtomatik olaraq optimal temperatura qədər qızdıracaq. Cəmi 25 saniyədə istifadəyə hazır olur*, hər seansda ilk tüstüdən son tüstüyə qədər zəngin tütün dadı və onu tamamlayan xoş aroma.
Ploom AURA-nın Smart HeatFlow texnologiyası tütünü yandırmadan qızdırdığı üçün geyimdə, saçda, nəfəsdə və ətraf havada tüstü qoxusu olmur.
Bu da onu qapalı məkanlarda istifadə üçün daha uyğun edir və ətrafınızdakı insanları daha az narahat edir. Tütün ritualınızı daha düşünülmüş şəkildə yaşamaq üçün müasir seçim.
Ploom AURA — qızdırılan tütün təcrübəsi daha yüksək səviyyədə
İnnovativ dizaynla yüksək keyfiyyətli materialların birləşməsi olan Ploom AURA həm seçilən, həm də davamlı olması üçün hazırlanıb. Yeni Ploom AURA ilə tütün ritualınıza yenidən həyat verin. İstər evdə sakitcə son xəbərləri dinləyərkən, istər gün ərzində hərəkətdə olarkən, istərsə də axşam dostlarla görüşərkən.**
Ploom AURA ilə tütün dad seçimlərinizi seçin.
Ploom AURA ilə daha çoxunu kəşf edin
Toxunuş baxımından rahat, intuitiv dizaynı və tam fərdiləşdirilə bilən imkanları ilə Ploom AURA, uzunmüddətli və daha həssas bir təcrübə axtaran yetkin nikotin məhsulu istifadəçiləri üçün özünü ifadə etməyin ən yaxşı seçimlərini təqdim edəcək.
Ploom AURA ilə yeni təcrübəni yaşayın.
*Bütün qızdırma rejimləri üçün 25 saniyə, “güclü” istisna olmaqla (30s)
**Yetkin nikotin məhsulu istifadəçiləri.



