Texnologiya və Stil Oxunda Yeni Bir Dövr: Bakıda Ploom AURA Təqdimatı
Texnologiya və Stil Oxunda Yeni Bir Dövr: Bakıda Möhtəşəm Ploom AURA Təqdimatı
Bakıda keçirilən xüsusi təqdimat gecəsi bu dəfə sadəcə məhsulun təqdimatı deyil, texnologiya, musiqi, dizayn və müasir həyat tərzinin bir araya gəldiyi tam bir təcrübə platforması kimi yadda qaldı. JTI brendinin yeni nəsil tütün qızdırma sistemi olan Ploom AURA iyunun 9-u satışa çıxdı, iyunun 11-i isə rəsmi olaraq Azərbaycanda təqdim edildi.Tədbir qonaqlara innovasiya, dizayn və müasir həyat tərzini bir araya gətirən fərqli təcrübə təqdim etdi.
Qonaqlar məkana daxil olduqları andan etibarən özlərini adi bir təqdimat tədbirində deyil, xüsusi hazırlanmış futuristik dünyada hiss etdilər. Qüsursuz birbirini tamamlayan dizayn elementləri, rəqəmsal işıq instalyasiyaları və vizual ekranlar Ploom AURA-nın texnoloji ruhunu əks etdirirdi.
Tədbirin atmosferi və məkan təcrübəsi
Tədbir məkanı qonaqlara sadəcə baxış üçün deyil, tam interaktiv təcrübə üçün hazırlanmışdı. İşıqlandırma dizaynı, səhnə quruluşu və rəqəmsal vizuallar gecənin ritminə uyğun dəyişərək dinamika yaradırdı. Qonaqlar məkan daxilində hərəkət etdikcə müxtəlif təcrübə zonaları ilə qarşılaşırdılar.
Ploom AURA-nın Azərbaycanda təqdimatına həsr olunan tədbir brendin yeni nəsil cihazının yerli bazarda ilk təqdimatlarından biri oldu. Ötən ilin 22 aprel tarixində keçirilən ilk təqdimatdan sonra təşkil olunan bu tədbirə Ploom-un tərəfdaşları və tanınmış simalar dəvət olunmuşdu.
Qonaqlar Ploom brendi üçün xüsusi hazırlanmış məkanda müxtəlif foto zonaları və interaktiv sahələrlə tanış oldular. Tədbir iştirakçılarına yeni cihazın dizaynını yaxından görmək, funksiyalarını araşdırmaq və məhsulu daha yaxından tanımaq imkanı yaratdı. Eyni zamanda, tədbir iştirakçılar üçün ünsiyyət və istirahət mühiti təqdim edərək brend təcrübəsini daha yaxından yaşamaq imkanı verdi.
Musiqi və performanslarla yadda qalan gecə
Gecənin axışı musiqi baxımından çox yaxşı balanslanmışdı. Səhnədə baş verən hər şey məkanın enerjisini dəyişdirir, amma eyni zamanda onu daha da bütöv edirdi.
Azərbaycanın Xalq Artisti Alim Qasımovun ecazkar çıxışı, musiqilərin və məkanın birbirini tamalaması hər kəsin ən bəyəndiyi anlardan idi.
Bu emosional zirvədən sonra atmosfer tədricən yenidən dəyişdi. İşıqların ritmi sürətləndi, səhnənin enerjisi yüksəldi və məkan tamamilə yeni bir axına keçdi. Bu dəfə səhnədə The Blaze var idi.
İlk beat-lərlə birlikdə zalın enerjisi tamamilə dəyişdi. Güclü elektron ritmlər, nəhəng vizual ekranlarda axan görüntülər və işıq şousu bir-birinə qarışaraq məkanı sanki festival səviyyəsinə gətirdi.
Ən maraqlısı isə bu iki fərqli dünyanın bir-birinə zidd yox, əksinə bir-birini tamamlaması idi. Alim Qasımovun yaratdığı dərin emosional boşluq The Blaze-in ritmləri ilə yenidən dolur, gecə hər keçidində özünü yenidən qururdu. Nəticədə bu, sadəcə iki ayrı performans deyil, bir-birinə bağlanan vahid bir təcrübə kimi hiss olunurdu.
Ploom AURA təqdimatı
Gecənin mərkəzi hissəsində Ploom AURA -nın rəsmi təqdimatı baş tutdu. Qonaqlara Ploom AURA-nın yalnız bir cihaz deyil, fərdiləşdirilmiş istifadə təcrübəsi təqdim edən yeni nəsil texnologiya olduğu nümayiş etdirildi.
Təqdimat zamanı cihazın əsas funksional üstünlükləri və istifadəçi yönümlü dizayn yanaşması diqqətə çatdırıldı. Ploom AURA-nın təqdimatı gecənin konseptinə uyğun olaraq sadə bir demo deyil, vizual və emosional bir təqdimat formasında həyata keçirildi.
Ağıllı texnologiya və istifadəçi təcrübəsi
Ploom AURA mobil tətbiq inteqrasiyası ilə fərqlənir. Bluetooth bağlantısı vasitəsilə istifadəçilər cihazı smartfon ilə sinxronlaşdıraraq batareya səviyyəsini izləyə, proqram yeniləmələrini idarə edə və cihazı uzaqdan kilidləyə bilirlər. “Cihazımı Tapın” funksiyası isə gündəlik istifadə rahatlığını daha da artırır və istifadəçi təcrübəsini tam fərdiləşdirir. Tətbiqin əsas funksiyası isə cihazın qızdırılma rejimlərinin idarə edilməsidir.
Cihazın digər əsas yeniliyi olan Heat Select System istifadəçilərə qızdırılma rejimlərini öz şəxsi seçimlərinə uyğun tənzimləmək imkanı yaradır. Bu texnologiya sayəsində hər istifadəçi öz zövqünə uyğun intensivlik səviyyəsini seçə bilir. Smart HeatFlow sistemi isə eynilə köhnə nəsildəki kimi tütünü yandırmadan optimal şəkildə qızdıraraq daha sabit, balanslı və komfortlu istifadə təcrübəsi təqdim edir.
Dizayn və fərdiləşdirmə imkanı
Ploom AURA yalnız texnologiya ilə deyil, dizayn yanaşması ilə də seçilir. Yüngül və erqonomik quruluşu cihazın gündəlik istifadəsini daha rahat edir. Minimalist dizayn dili müasir estetikanı əks etdirərək cihazı təkcə funksional deyil, həm də stil elementi halına gətirir.
Dəyişdirilə bilən ön panellər və aksesuarlar istifadəçilərə cihazı fərdiləşdirmək imkanı yaradır. Bu yanaşma Ploom AURA-nı hər bir istifadəçinin şəxsi üslubuna uyğunlaşdıraraq onu unikal bir obyektə çevirir.
Bakıda keçirilən Ploom AURA təqdimatı innovasiya, musiqi, dizayn və mədəniyyətin bir araya gəldiyi unikal gecə kimi yadda qaldı. Alim Qasımov-ın emosional ifası və The Blaze-in enerjili performansı tədbiri sadəcə bir təqdimatdan çıxarıb tam bir təcrübəyə çevirdi.
Bu gecə Ploom AURA-nın təqdimatı ilə birlikdə Bakıda müasir texnologiya və həyat tərzi anlayışında yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü.



