Bakı 2025: Yarış həyəcanı və Ploom Zone
Yarışa sayılı günlər qaldı
Bu il Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq. Baku City Circuit, ən maraqlı şəhər traslarından biri, bu il də pilotlara çətin anlar, azarkeşlərə isə möhtəşəm təcrübə yaşadacaq.
Bakı trası həm pilotlar, həm də azarkeşlər üçün fərqli təcrübə təqdim edir. Belə ki, dar döngələr, uzun sürətli magistrallar və şəhərin tarixi ilə müasir simasının harmoniyası hər yarışı unudulmaz edir.
Bu il yarış yalnız izləmək üçün deyil, həm də şəhərin mərkəzində yarış atmosferini doyunca yaşamaq üçün yeni imkanlar təqdim edir. Xüsusilə də JW Marriott Absheron otelində qurulacaq Ploom Zone, həm azarkeşlər, həm də qonaqlar üçün unikal bir mərkəzə çevriləcək. Burada sürət, texnologiya və azarkeş coşqusu xüsusi bir mühitdə birləşir.
Yarış atmosferi və festival ab-havası
Yarış yalnız idman deyil, həm də şəhər festivalıdır. Günlərində Bakı küçələri və Xəzər sahili əsl bayram əhvalına bürünür.
- Fan zonaları, canlı musiqi, DJ performansları və interaktiv oyunlarla dolu olacaq.
- Şəhərin mərkəzi və bulvar boyu əyləncə, iştirakçılar üçün proqramlar.
- Beynəlxalq ab-hava, dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlər bir yerdə bu həyəcanı yaşayacaq.
Bu atmosfer sadəcə sürəti izləmək deyil, həm də mədəniyyət, musiqi və əyləncə ilə dolu təcrübədir.
Yarış həyəcanının mərkəzi - Ploom Zona
Bu il təcrübəni daha da zənginləşdirən əsas məkanlardan biri JW Marriott Absheron otelində qurulacaq Ploom Zona olacaq. Burada həm yarış izləmək, həm də interaktiv təcrübələrdən yararlanmaq mümkündür.
Ploom Zone 4 əsas moduldan ibarət olacaq:
1. Yarışın hər anını canlı izləmək üçün böyük LED ekranlar.
2. Konfortlu mühitdə dostlarla vaxt keçirmək üçün rahat oturma və dayanma yerləri.
3. Oyunlar və xüsusi interaktiv əyləncələr üçün aktivasiya zonası.
4. Ploom cihazlarını yaxından tanımaq və alış etmək imkanı məhsul zonası.
Gamifikasiya və hədiyyələr - hər addımda əyləncə
Ploom zonasında hər qonaq girişdə badge əldə edəcək və orada stiker toplama sistemi ilə müxtəlif fəaliyyətlərdə iştirak edə biləcək. Sizə sticker qazandıran fəaliyyətlər bunlardır:
- Məhsul məsləhəti
- Dad sınağı və səsvermə
- Cihaz qeydiyyatı
- Alış
- Foto zona
- Reaksiya Laboratoriyasında iştirak
Toplanan stikerlərin sayına görə qonaqlar eksklüziv hədiyyələr qazanacaqlar.
Burada sizi Ploom brendinin xüsusi buraxılışı olan termoslar, açarlıqlar, papaqlar, çantalar və yalnız Ploom istifadəçilərinə məxsus xüsusi sürprizlər gözləyir.
Yarış günləri Bakı sürət, enerji və əyləncə ilə dolacaq. Fan zonalar, musiqi, Ploom-un interaktiv məkanı və unikal hədiyyələr – bütün bunlar yarış təcrübəsini sadəcə izlənən idman tədbirindən daha çox, tam bir festival atmosferinə çevirəcək.
Əgər siz də yarışa qatılacaqsınızsa, yalnız tribunadakı həyəcanla kifayətlənməyin. JW Marriott Absheron-da yerləşəcək Ploom Zone-a daxil olun və yarış günlərinizi daha da yaddaqalan edin.
Burada sizi:
- Böyük ekranlarda yarış rahat izləmək,
- Oyunlarda iştirak etmək,
- Eksklüziv hədiyyələr qazanmaq,
- Premium mühitdə dostlarla əylənmək,
- Məhsullarla yaxından tanış olmaq gözləyir.
Bakı bu payız yarış ilə bir daha dünyada parlayacaq, siz isə bu möhtəşəm hadisənin parçası olmağı qaçırmayın.



