Noyabrın 26-30-u tarixlərində keçirilən Mercedes-Benz Fashion Week Azerbaijan bu il paytaxtın mərkəzində moda, incəsənət və müasir həyat tərzini bir araya gətirdi. Zövqlü təqdimatlar, tanınmış dizaynerlərin kolleksiyaları və yaradıcı mühit tədbiri şəhərin ən çox müzakirə olunan hadisəsinə çevirdi.

Bu dəbdolu atmosferin içində Ploom da öz xüsusi zonasını təqdim edərək ziyarətçilərə fərqli təcrübə yaşatdı. Qonaqlar zonada məhsullarla yaxından tanış oldu və brendin dünyasına bir addım daha yaxınlaşdı.

Fashion Week atmosferi: Dəb, enerji və yaradıcı ruh

Noyabrın 26–30-da keçirilən Mercedes-Benz Fashion Week Azerbaijan Bakıya modanın parlaq enerjisini gətirdi. Şəhərin mərkəzində baş tutan bu beş günlük tədbir sadəcə podium nümayişlərindən ibarət deyildi, burada hər addımda yaradıcılıq, zövq və fərqli baxış hiss olunurdu.

Tədbir məkanına qədəm qoyan kimi zərif işıqlar, dinamik musiqi və dizaynerlərin tərzini əks etdirən yaradıcı atmosfer insanı özünə çəkirdi. Hər təqdimat bir hekayə, hər detal isə modanın ruhunu əks etdirirdi.

Sərgi sadəcə dəb nümayişi deyil, həm də ilham almaq və öz üslubunu yenidən kəşf etmək fürsəti idi. Fərqli brendlər, maraqlı stendlər və canlı ab-hava tədbirə xüsusi enerji qatırdı. Fashion Week həm peşəkarlar, həm də dəbi sevən hər kəs üçün yaradıcılıq və trendlərin qovuşduğu bir məkana çevrilmişdi.

Bu dinamik mühitdə Ploom da öz yerini tapdı. Brendin zərif və minimalist dizaynı tədbirin ümumi estetikasına mükəmməl şəkildə uyğunlaşdı. Ploom zonası, səssiz və rahat atmosferi ilə bu enerji dolu mühitdə ziyarətçilərə bir növ fasilə, nəfəs alma anı təqdim edirdi. Qonaqlar burada həm rahatlıq tapır, həm də brendin təqdim etdiyi yeniliklərlə yaxından tanış olurdular.

Ploom zonası: sadə, zərif və zövqlü

Ploom-un zonası hər zamankı kimi estetik və zövqlə, qonaqların rahatlığı düşünülərək dizayn edilmişdi. Məqsədimiz gələnlərə məhsulu sadəcə “görmək” deyil, həm də “hiss etmək” imkanı yaratmaq idi. Düşünürük ki, bu məqsəd tam şəkildə yerinə yetirməyi bacardıq.

Qonaqlar məhsullarla tanış oldular, əməkdaşlarımızdan cihazlar və digər Ploom məhsulları haqqında onları maraqlandıran suallara cavab aldılar.

Zonamızın tərtibatı sadə, loqo və brend elementləri isə incə şəkildə inteqrasiya olunmuşdu ki, bu da ziyarətçilərə təbii və sakit bir təcrübə bəxş edirdi.

Qonaqları Ploom zonasına nələr qarşıladı?

Ploom zonasına gələnlər üçün ən çox xatırlanan məqam interaktivlik oldu. Qonaqlar burada:

  • Məhsullarla yaxından tanış oldular.
  • Fərqli dadlarla tanış oldular.
  • Əməkdaşlarımızdan məhsullar və cihazlar haqqında ətraflı məlumat aldılar.
  • Xüsusi qonaqlar üçün ayrılmış guşədə dincələrək təcrübələrini paylaşdılar.

Məşhurların iştirakı

Mercedes-Benz Fashion Week Azerbaijan tədbirinə tanınmış sənətçilər və influenserlər də qatıldı. Onlar Ploom zonasına da baş çəkərək məhsullarla tanış oldular, interaktiv guşələrdə təcrübələrini paylaşdılar.

Tədbirdə iştirak edən sənətçilər və influserlər zonamızda məhsullarımızı yoxlamaq yanaşı, zövqlə dizayn olunmuş guşədə dincəldilər. 

Təcrübə, zövq və rahatlıq bir arada

Ploom zonasında məqsəd sadəcə məhsulu nümayiş etdirmək deyildi. Burada zövq, rahatlıq və fərdi təcrübə bir araya gətirilmişdi. Qonaqlarımız maraqlandıqları məhsulu sınaqdan keçirərkən həm fərdi seçimlərini kəşf etdi, həm də brendin dünyasını daha yaxından tanıdı.

Bu tədbir həm ziyarətçilər, həm də Ploom üçün unikal bir təcrübə oldu. Qonaqlar məhsullarla interaktiv şəkildə tanış olaraq hər anı hiss etdilər, brendin təqdim etdiyi rahatlıq və stil anlayışını özü üçün yaşadılar.

Mercedes-Benz Fashion Week Azerbaijan Ploom üçün yalnız məhsullarını təqdim etmək deyil, həm də ziyarətçilərlə birbaşa əlaqə yaratmaq fürsəti oldu. Tədbirin interaktiv və yaradıcı atmosferi, tanınmış qonaqların iştirakı və Ploom zonasında təqdim olunan unikal təcrübə, brendin müasir və zövqlü imicini daha da önə çıxardı.

Belə tədbirlər, brendlərin məhsullarını həm yaradıcılıq, həm də texnologiya baxımından təqdim etməsi üçün əvəzsiz fürsətlər təqdim edir. Ploom-un Mercedes-Benz Fashion Week Azerbaijan təcrübəsi də bunu bir daha sübut etdi: zövq, rahatlıq və stil birlikdə daha göz oxşayan olur.

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz

Sizin 18 yaşınız varmı?

Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.

Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır. 

Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.

Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.

Təsdiqlə