Texnologiya sürətlə dəyişir. Bununla bərabər insanların gündəlik vərdişləri də yenilənir. Bir çox istifadəçi cihazlarını bir müddət işlətdikdən sonra yeniləməyə üstünlük verir. Ploom-un təqdim etdiyi “Trade-in” xidməti də məhz bu yanaşmanı əks etdirir. Belə ki, istənilən növdə olan köhnə cihazınızı gətirməklə yeni Ploom cihazını endirimlə əldə edəcəksiniz.

İstənilən növ köhnə qızdırılan tütün cihazınızı gətirin, yenisini aparın xidmətimizlə istifadəçilərimizə həm texnoloji yenilənmə, həm də ekoloji məsuliyyət baxımından düşünülmüş seçim imkanı yaradırıq.

Ploom Trade-in proqramının məqsədi

Ploom-un “köhnə qızdırılan tütün cihazı gətirin, yenisini  əldə edin”  proqramı, istifadəçilərə köhnə cihazlarını təhvil verərək Ploom modelinə keçid etmək imkanı yaradır. İstənilən növ köhnə qızdırılan tütün cihazını təhvil verən istifadəçilərimiz yeni cihazı 50% endirimlə əldə edəcəklər.  

Qeyd edək ki, köhnə cihazınızın markası Ploom olmasa belə, istənilən brend və növdə olan qızdırılan tütün cihazı qəbul edilir. 

Cihazların uzunmüddətli istifadəsi və təkrar emalı bu proqramın əsas istiqamətlərindən biridir. İstifadə olunmayan və ya işləməyən istənilən qızdırılan tütün cihazları təbiətə mənfi təsir göstərmədən toplanılır və müvafiq qaydada utilizasiya olunur. Beləliklə, həm istifadəçilər, həm də istehsalçılar daha məsuliyyətli istehlak modelinə töhfə vermiş olurlar.

Proqram haqqında daha çox məlumatı "trade-in" səhifəsində tapa bilərsiniz.

“Köhnə qızdırılan tütün cihazınızı gətirin, yenisini əldə edin” proqramının prinsipləri

Ploom Trade-in xidməti üç əsas prinsip üzərində qurulub: əlçatanlıq, faydalılıq və dayanıqlılıq.

- Əlçatanlıq - Xidmətin məqsədi hər bir yetkinlik yaşına çatmış istifadəçinin bu prosesdən rahat şəkildə yararlana bilməsidir. Qeydiyyat mərhələləri sadədir və müraciət proseduru vaxt aparmır. Hər bir istifadəçi istənilən növ köhnə qızdırılan tütün cihazını Ploom satış və ya xidmət nöqtəsinə gətirərək bu imkandan faydalana bilər.

- Faydalılıq - Köhnə cihazını təhvil verən hər bir istifadəçi yeni cihazı daha sərfəli şərtlərlə əldə edəcək.  Bekə ki, proqram çərçivəsində yeni cihaz istehlakçılara 50% endirimlə təqdim olunur.

- Dayanıqlılıq - Ploom köhnə cihazların təhlükəsiz şəkildə toplanmasını və təbiətə zərər vermədən emal edilməsini təmin edir. Bu, markanın ekoloji məsuliyyətinə əsaslanan davamlı istehsal fəlsəfəsini gücləndirir.

İştirak qaydaları və əsas şərtlər

Proqramda iştirak etmək üçün müəyyən sadə qaydalara riayət olunmalıdır.

İstifadəçi  istənilən növ qızdırılan tütün cihazını Ploom-un təyin etdiyi satış və ya xidmət nöqtəsinə təqdim edir. Təhvil verdiyiniz cihazın tam işlək vəziyyətdə olması məcburi deyil. 
Proqram yalnız müəyyən müddət ərzində qüvvədə olur və hər bir iştirakçı üçün bir cihaz dəyişimi nəzərdə tutulur. Təqdim olunan cihaz dəyişdirildikdən sonra, istifadəçiyə yeni Ploom cihazının sadə rəngləri 50% endirimlə təqdim olunur. Əlavə olaraq, yeni cihazın qeydiyyatı da zəruridir. Bu, həm prosesin şəffaflığını, həm də məlumatların düzgün idarə olunmasını təmin edir.

Bütün iştirakçılar proqramın şərtləri ilə tanış olmalı və qeydiyyat zamanı razılıq formunu təsdiqləməlidirlər. Bu mərhələ həm hüquqi, həm də məlumat təhlükəsizliyi baxımından önəmlidir.

Proses necə həyata keçirilir?

Ploom Trade-in xidməti sadə və aydın mexanizm üzərində qurulub. Proses dörd əsas mərhələdən ibarətdir:

1. Məlumatlandırma mərhələsi - İstifadəçi xidmət haqqında məlumat alır və qaydalarla tanış olur.

2. Köhnə cihazın təhvili – Əməkdaşımız köhnə qızdırılan tütün cihazının dəyişimə uyğun olub-olmadığını müəyyənləşdirir, uyğun olduğu halda cihazı sizdən təhvil alır. Qeyd edək ki, cihazın işlək olmaması proqram çərçivəsində maneə yaratmır.

3. Yeni cihazın əldə edilməsi - Təhvil prosesi təsdiqləndikdən sonra, istifadəçi Ploom cihazı 50% endirimli qiymətlə əldə edir. Yeni Ploom cihazının standart rəngləri təklif olunur və limitli kolleksiyaya şamil edilmir.  

4. Qeydiyyat və təsdiq - Yeni cihaz sistemdə qeydiyyata alınır və istifadəçi məlumatları təsdiqlənir. Cihaz qeydiyyatdan keçdikdən sonra Ploom Klub xalları qazanırsınız və həmin an xallar hesabınıza əlavə olunur.

Bu dörd mərhələ cihaz dəyişimini mümkün qədər rahat, şəffaf və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.

Ploom Trade-in proqramının istifadəçi üçün üstünlükləri

Ploom Trade-in xidməti istifadəçilər üçün həm rahatlıq, həm də şəffaflıq baxımından üstünlüklər təqdim edir. Proses zamanı əlavə sənədləşmə və mürəkkəb prosedurlar olmadan, köhnə cihazın təhvil verilməsi kifayətdir. Yeni cihazın qeydiyyatı elektron şəkildə həyata keçirilir və bütün məlumatlar sistemdə təhlükəsiz saxlanılır.

Eyni zamanda, bu xidmət Ploom Klub üzvlüyü çərçivəsində əlavə üstünlüklərdən yararlanmaq imkanı da yaradır. Yeni cihaz qeydiyyatdan keçdikdən sonra xallar qazanılır və istifadəçilər bu xallardan gələcəkdə müxtəlif məqsədlərlə istifadə edə bilirlər.

Qısacası, Ploom-un “köhnə cihazı gətir, yenisini əldə edin” xidməti, müasir istifadəçi davranışlarına uyğun, sadə və məsuliyyətli mexanizmdir. Bu proqram texnoloji yenilənməni asanlaşdırmaqla yanaşı, ekoloji dəyərlərə də xidmət edir.

Proqramın strukturlaşdırılmış qaydaları, təhlükəsiz məlumat idarəetməsi və şəffaf prosesi onu həm istehlakçı, həm də istehsalçı üçün faydalı bir modelə çevirir. Nəticədə, istifadəçilər yeni texnologiyadan yararlanmaqla yanaşı, köhnə cihazlarının təbiətə mənfi təsir göstərmədən geri dönüşümə yönləndirilməsinə də töhfə verirlər.

Dəyişdirmə qaydaları və şərtləri

- Trade-in proqramı yalnız Ploom-un rəsmi pərakəndə mağazalarında keçərlidir.

- Hər bir müştəri yalnız 1 cihazı trade-in edə bilər.

- Cihazın işlək vəziyyətdə olması tələb olunmur.

- Təklif yalnız standart Ploom rənglərinə şamil edilir (məhdud buraxılışlı modellərə aid deyil).

- Bu kampaniya digər endirim və ya aksiyalarla birləşdirilə bilməz.

- Təklifdən yararlanmaq üçün müştərinin məlumatlarının qeydiyyatı məcburidir.

- Proqram 31 dekabr 2025-ci il tarixində başa çatır.

- Trade-in proqramı çərçivəsində alınmış, satış üçün yararsız vəziyyətdə olan cihazların geri qaytarılması mümkün deyil.

- Trade-in zamanı təhvil verilmiş köhnə qızdırılan tütün cihazı müştəriyə geri qaytarılmır.

- Veyp və elektron qəlyanlar trade-in üçün uyğun deyillər.

Yarışda necə daha yaxşı nəticə əldə edə bilərsiniz?

Yarışdan maksimum fayda əldə etmək və lider lövhəsində yüksək mövqe tutmaq üçün bu göstərişlərə əməl etməlisiniz:

1. Diqqətli oynayın: Marşrut boyunca diqqəti saxlamaq və hər kristalı toplamaq performansı artırır.

2. Həyatları qoruyun: Bir dəqiqə olan oyunda cəmi iki canınız olur. Əgər hər iki həyatınızı bir dəqiqədən az müddətdə itirsəniz, oyun dayanır ki, bu da lider lövhəsində mövqeyinizi azaldan amildir.

3. Taktik oyun: Diqqət və strategiyanı balanslı bir şəkildə istifadə edin.

Bütün bloq məqalələrini kəşf edin

Ən son xəbərlərimiz və yeniliklərimiz

Sizin 18 yaşınız varmı?

Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.

Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır. 

Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.

Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.

Təsdiqlə