Aprelin 25-də Bakıda keçirilən Ploom Təqdimatı tədbiri ənənəvi tütün anlayışına tamamilə yeni baxış gətirdi. Müasir texnologiya ilə hazırlanmış Ploom cihazı rəsmi olaraq təqdim olundu və yüzlərlə insan fərqli tütün təcrübəsini əyani şəkildə yaşamaq fürsəti qazandı.
Funksionallığı, dizaynı və istifadə rahatlığı ilə fərqlənən Ploom, istifadəçilərə ənənəvi alışqanlıqlarına bir alternativ təklif edir.
Təqdimatın hər anı dəqiqliklə planlanmışdı ki, qonaqlarımız həm məlumatlansın, həm əylənsin, həm də bu yeni təcrübəni yaşasın. Tədbir məkanında xüsusi olaraq hazırlanmış interaktiv stendlər, canlı test zonaları və vizual təqdimatlar vasitəsilə qonaqlarımız Ploom cihazının funksionallığı ilə yaxından tanış oldular.
Peşəkar komandamız qonaqları fərdi olaraq qarşılayaraq onlara cihazın texniki xüsusiyyətlərini, istifadəsi və dadları haqqında ətraflı məlumat verdi.
Tədbirin ən çox maraq doğuran hissələrindən biri Ploom məhsullarının təqdimatı oldu. Yeddi fərqli dad seçimi ilə təqdim olunan tütün çubuqlarını sınamaqla qonaqlar yumşaq, tünd, mentollu və meyvəli notlarla zəngin seçimləri canlı şəkildə sınamaq imkanı əldə etdilər.
Məsləhətçilərimiz onların zövqünə ən uyğun olan dadı tapmaqda yardımçı oldu və hər kəs öz sevimli dadını tapdı!
Ploom cihazları yalnız istifadəsi rahat texnoloji məhsullar deyil, eyni zamanda, estetik dizayna malik zərif həyat tərzi aksessuarlardır. Təqdimat zamanı qonaqlar cihazın yüngül və kompakt quruluşu ilə əyani şəkildə tanış oldular. Minimalist dizayn, müasir rəng palitrası və cihazın texniki üstünlükləri tədbirdə iştirak edənlərin diqqətini çəkdi.
Hər kəs bilir ki, texnologiya təkcə funksionallıq deyil, həm də üslubdur. Ploom məhz bu iki elementi birləşdirərək istifadəçisinə həm rahatlıq, həm də fərqlilik bəxş edir.
Tədbirin əyləncəli ab-havası canlı musiqi, estetik işıqlandırma və interaktiv təcrübələrlə tamamlandı. Gecə boyunca iştirakçılar arasında pozitiv enerji, maraq və xoş atmosfer hiss olunurdu. Təqdimat yalnız vizual deyil, emosional baxımdan da unudulmaz oldu.
Biz Ploom-un təqdimatını bir xatirəyə çevirmək istədik və fikrimizcə, buna nail olduq.
Ploom Təqdimatı tədbiri yalnız texnologiyanın deyil, eyni zamanda Azərbaycan mədəniyyəti, incəsənəti və üslubunun bir araya gəldiyi xüsusi gecə oldu. Bu gecə texnoloji yeniliyi yerli dəyərlərlə birləşdirərək unikal bir atmosfer yaratdı. Azərbaycanın sevilən musiqiçisi Hiss öz modern üslubu və enerjisi ilə tədbirə dinamik bir abu-hava qatdı, müasir texnologiya ilə milli ruhu qovuşdurdu. Güclü səsi, səhnə cazibəsi və çoxşaxəli istedadı ilə tanınan müğənni, aktrisa və bəstəkar Dilarə Kazımova isə Ploom Təqdimatı zəriflik və fərqlilik bəxş etdi, tədbirin bədii tərəfini ön plana çıxardı.
Gecənin xüsusi qonaqları arasında beynəlxalq səviyyədə tanınan sənətçilər də var idi. Tanınmış tar ifaçısı, milli musiqimizi dünyada təmsil edən Şəhriyar İmanovun çıxışı Ploom-un texnoloji konsepsiyasına Azərbaycan mədəniyyətindən ilhamlanan musiqi çaları əlavə etdi. Caz pianistimiz və bəstəkar İsfar Sarabski isə öz virtuoz performansı ilə gecəyə həm ritm, həm də ruh qatdı. Bu sənətçilərin iştirakı Ploom Launch tədbirini təkcə bir təqdimat yox, mədəniyyət və texnologiyanın vəhdəti kimi yadda saxladı. Eurovision qalibi Eldar Qasımov isə zövqlü tərzi və pozitiv enerjisi ilə tədbirin estetik ruhuna töhfə verdi. Eurovision təmsilçimiz Nadir Rüstəmli isə səmimi ünsiyyəti ilə qonaqların yaddaşında unudulmaz iz buraxdı.
Media tərəfdaşımız Fidan TV-nin tədbiri peşəkar şəkildə işıqlandırması və hazırladığı reportajlar Ploom Təqdimatının enerjisini kameralara eynilə yansıtdı.
Ploom Təqdimatı tədbirinin bu qədər yadda qalan və enerjili keçməsinin ən böyük səbəbi dəyərli qonaqlarımız idi. Vaxt ayırıb bizimlə bu önəmli günü bölüşdüyünüz üçün minnətdarıq. Sizin marağınız, suallarınız və müsbət enerjiniz tədbirə həyat verdi. Bu təcrübəni birlikdə paylaşmaq bizim üçün böyük bir zövq idi.
Ploom Təqdimatı tədbiri bir daha göstərdi ki, müasir texnologiyanın təqdimatı da unikal və fərqli ola bilər. Bu təqdimat vasitəsilə biz sadəcə məhsul deyil, yaşam tərzi və dəyər hissi bəxş etdik. Qonaqların reaksiyaları, marağı və əyləncəsi bizim üçün bu tədbirin uğurunun ən gözəl sübutudur.
Əgər siz də Ploom dünyasına daxil olmaq istəyirsinizsə, indi tam zamanıdır.
Ploom cihazı, onun istifadəsi, satış nöqtələri və ya digər məhsullarımız haqqında məlumat almaq üçün bizimlə əlaqə saxlamaq çox asandır.
*9010 qısa nömrəsinə zəng edin komandamız sizə ətraflı və tam köməklik göstərəcək. Həmçinin saytımızın Əlaqə bölməsinə daxil olaraq formu doldura və ya sosial media kanallarımız üzərindən bizə yaza bilərsiniz.
Ən yaxın Ploom satış nöqtəsi barədə məlumat almaq üçün veb saytımıza nəzər salmağınız kifayətdir.
Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.
Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır.
Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.
Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.