Günümüzdə hər kəs rahatlıq və fərdiləşdirilmiş seçimlərə üstünlük verir. Elə bu səbəbdən də texnologiyanın inkişafı siqaret istehlakına da fərqli yanaşma gətirib. Tütün qızdıran cihazlar bu sahədə önəmli yeniliklərdən biridir. Onlar ənənəvi üsullara alternativ olaraq istifadəçilərə həm texnoloji, həm də həyat keyfiyyəti baxımından daha uyğun seçimlər təqdim edir.
Ploom cihazı bu sahədə fərqlənərək qısa zamanda geniş istifadəçi auditoriyası qazanıb. Ploomun bu qədər çox sevilməsinin səbəbi nədir? Unikal dizaynı, yoxsa dadı? Gəlin bu suala Ploomun 5 əsas üstünlüyü ilə cavab tapaq.
Tütün qızdıran cihazların əsas fərqləndirici cəhətlərindən biri onların tütünü yandırmaması, sadəcə qızdırmasıdır. Ona görə də istifadə zamanı havaya tüstü yerinə, buxar yayılır və qoxu xeyli az olur. Ploom cihazı bu texnologiyanı yüksək səviyyədə tətbiq edir və istifadə zamanı ətrafdakılara da az zərər verir.
Kül, qırıntılar, kəskin qoxular olmadan istədiyiniz yerdə istifadə edə biləcəyiniz bir cihaz axtarırsınızsa, Ploom sizin üçün ideal seçimdir.
Ploom təkcə zövqlə hazırlanmış tütün çubuğu deyil, həm də istifadəçi rahatlığı üçün optimallaşdırılmış texnologiyadır. Onun istifadəsi olduqca sadədir: cihazı aktivləşdirin və budur bir dəqiqəyə hazırdır.
Əlavə olaraq, güclü batareya tutumu mövcuddur. Belə ki, Ploom batareyası 20 seans üçündür və 90 dəqiqəyə tam şarj olur. Eyni zamanda cihazın 1 illik qarantiyası da mövcuddur.
Hər kəsin dad və seçim tərzi fərqlidir. Məhz buna görə Ploom fərdiləşdirilmiş seçimlər təqdim edərək istifadəçiyə özünəməxsus təcrübə yaşadır. Rəng, dizayn və istifadə ritminizə uyğun müxtəlif rənglər mövcuddur.
Eyni zamanda, Ploom cihazının təqdim etdiyi Ploom X Advnaced ön panel, daşıma qabı və çubuq altlığı ilə daha intuitiv istifadəsinə şərait yaradır. Daşınma qabının matrealını istəyinizə uyğun olaraq parça və ya dəri matrealından seçim etmək imkanınız var.
Ploomda hər detal istifadəçinin rahatlığını düşünərək hazırlanıb.
Tütün qızdıran cihazlardan istifadə edənlər üçün ən maraqlı məqamlardan biri də dad seçimi olur. Ploom Sobranie bu sahədə zəngin çeşid təqdim edir. Meyvəli, təravətli, klassik və ya daha yüngül variantlar, hər bir istifadəçi özünə uyğun dadı tapmaqda çətinlik çəkmir.
Sobranie müxtəlif dad variantları ilə standartlardan uzaq, fərqli təcrübələr yaşamaq istəyənlər üçün idealdır. Əlavə olaraq, bu kapsulun tərkibi keyfiyyətli tütündən hazırlandığı üçün həm yumşaq, həm də doyurucu zövq verir.
Ploom yalnız funksionallıq baxımından deyil, həm də görünüşü ilə seçilir. Zərif və müasir dizayn, minimalizmə uyğun forması onu gündəlik həyat tərzinə rahatlıqla daxil edir. Cibdə, çantada və ya masada, fərq etmir, harada olursa olsun, Ploom cihazı sadəcə bir tütün aləti deyil, həm də şıq aksesuar funksiyasını daşıyır.
Tütün qızdıran cihazlar artıq keçici texnoloji trendlər deyil, onlar yeni həyat tərzinin bir parçasıdır. Zərif qoxu, fərdiləşdirilmiş təcrübə, zəngin dad seçimi və estetik görünüş bu cihazların üstünlüklərini təşkil edir. Ploom bu üstünlükləri bir araya gətirərək həm funksional, həm də zövqlü alternativ təqdim edir.
Əgər siz də həyatınıza daha yüngül, tərtəmiz və texnoloji bir seçim əlavə etmək istəyirsinizsə, Ploom cihazları ilə tanış olmağın tam vaxtıdır.
Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.
Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır.
Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.
Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.