Yay mövsümü təkcə hava istiliyi və günəşli günlərlə deyil, həm də yüngül və təravətli seçimlərlə yadda qalır. Geyimlərdən tutmuş içkilərə, yeməklərdən gündəlik vərdişlərə qədər hər şey sadələşir, yüngülləşir və rahatlaşır. Bu dəyişiklik siqaret istifadəçilərinə və alternativ tütün məhsullarını seçənlərə də təsirsiz ötüşmür.

Məhz belə məqamda Ploom tütün çubuqları yay üçün ideal seçim kimi önə çıxır. Son aylarda Azərbaycan bazarında artan maraq, xüsusilə yaz-yay mövsümündə Ploom-un təqdim etdiyi yüngül, hamar və meyvə notlu dadlarla daha da güclənir. Purple-nin təravətli havası, Amarillo-nun tropik şirinliyi, Baize Option-un zərif notları, hər bir dad bu fəslin ruhuna uyğun xüsusi zövq bəxş edir. Yayda təravət axtaranlar üçün Ploom həm dadı, həm də hissi ilə fərqlənir.

Ploom Sobranie Bakıda: Yayın dadına uyğun seçimlər

Bakının ritmik, enerjili həyatı yay aylarında da sürətini itirmir. Lakin istidə hər kəs az da olsa nəfəs almağa, özünə bir anlıq rahatlıq yaratmağa çalışır. Məhz belə anlar üçün Ploom Sobranie həm praktiki, həm də dad baxımından şəhər sakinlərinə yayla uyğun, zərif və seçilən bir alternativ təqdim edir.

Qoxusuz, zərif aromalı və fərqli zövqlərə uyğun 4 unikal dad

İsti havalarda ağır, kəskin qoxulu və tüstülü məhsullar həm istifadəçi, həm də ətrafdakılar üçün narahatedici ola bilər. Ploom-un qızdırma texnologiyası ilə hazırlanan tütün çubuqları bu problemi aradan qaldıraraq, dadı qoruyur, havanı daha yüngül və təmiz saxlayır.

Yay təravətini hiss etdirmək üçün xüsusi seçilmiş dadlar bu mövsümün əsl qəhrəmanına çevrilir:

● Amarillo - Manqonun tropik və şirin notları ilə sanki yay meyvələrinin içində qısa səyahətdir.

● Purple - Giləmeyvəli təravət və yüngül şirinlik, gəzintilər və axşamlar üçün mükəmməl müşayiətçi.

● Azure - Aşağı mentollu bu seçim, günün istisini geridə qoymaq istəyənlər üçün sərin nəfəs kimidir.

● Baize Option - Armudun incə dadı, yay axşamlarında sadəlik və zərifliyi bir araya gətirir.

● Silver - Hamar və yüngül dadı ilə günün istənilən vaxtına uyğundur, xüsusilə uzun yay günlərində yormur.

● Gold - Parlaq və balanslı dadı ilə həm gündüz, həm də axşam saatlarında ideal tərz yaradır.

● Amber – Ağır və tünd, amma tənasüblü notları ilə yay şam yeməklərindən sonra əsl zövq verir.

Üstəlik, Ploom-un kompakt dizaynı və asan daşınma imkanı, yay aylarında daha çox açıq havada olanlar üçün əsl üstünlük yaradır. Çimərlikdə, parkda, açıq hava tədbirlərində, harada olursunuzsa olun, Ploom sizinlədir.

Yayınızı Ploom-un dadları ilə fərqli yaşayın.

Yayda təravət Ploom-da gizlidir

Yay günlərində yüklənmiş hiss etmək istəmirik. Əylənmək, nəfəs almaq, sərinləmək və özümüzü azad hiss etmək istəyirik. Həyat tərzində etdiyimiz kiçik dəyişikliklər belə bu hissləri gücləndirə bilər. Ploom cihazı məhz bu hisslər üçündür. 

Ploom-un təklif etdiyi təmiz və təravətli dadlar, istifadədəki sadəlik, modern forması və ən əsası satış məntəqələrilə rahat əldə edilə bilməsi onu yay üçün rahat və əlçatan edir.

İstər ofisdə qısa fasilə zamanı, istərsə də dəniz kənarında dostlarla vaxt keçirərkən Ploom-un modern dizaynı, asan daşınması və qoxusuz istifadə rahatlığı onu yay üçün vazkeçilməz edir.

Əgər siz də bu yayın sərin, yüngül və xoş anlarını daha maraqlı və fərqli keçirmək istəyirsinizsə, Ploom cihazı və onun geniş dad portfelinə göz atmağın vaxtıdır.

Yay artıq başlayıb, yayı Ploom ilə hiss edin.

Bütün bloq məqalələrini kəşf et

Ən son xəbərlərimiz və yeniliklərimiz

Sizin 18 yaşınız varmı?

Bu vebsayt və Ploom məhsullarına çıxış yalnız Azərbaycanda mövcud olan, yetkinlik yaşına çatmış şəxslər üçündür.

Ploom məhsulları siqareti tərqitmə vasitəsi deyil və digər tütün məhsulları kimi asılılıq yaradır. 

Ploom cihazları ilə birlikdə istifadə üçün nikotin tərkibli çubuqlarımız mövcuddur. Bu məhsullar risksiz deyil və ancaq mövcud siqaret və veyp çəkənnər üçün nəzərdə tutulublar. Nəzərə alın ki, ödəniş prosesi zamanı yaşınızı təsdiqləməyiniz lazım olacaq.

Daha ətraflı məlumat üçün İstifadə Şərtləri səhifəsinə keçin.

Təsdiqlə