Biz sizə necə kömək edə bilərik?

Ploom AURA-nı necə təmizləyə bilərəm?

Ploom AURA üçün Sobranie çubuqları, tütün qırıntılarının cihazın içinə tökülməsinin qarşısını alan və daha təmiz Ploom təcrübəsi yaradan, innovativ CleanSeal texnologiyası ilə təchiz olunub.

Buna baxmayaraq, cihazda zamanla toz və çirk yığıla bilər. Buna görə cihazınızı ayda bir dəfə, və ya qızdırılan tütün çubuğunu rahat şəkildə daxil etmək üçün “kamera”nın çox dar olduğunu hiss etdikdə təmizləməyinizi tövsiyə edirik. Bu iş üçün Ploom təmizləmə çubuqları çox praktik aksesuardır. Təmizləmə qaydası belədir:

1.Ön paneli çıxarın.

2.Təmizləmə çubuğunu su ilə çox az nəmləndirin.

3.Qoruyucu qapaq açıq vəziyyətdəykən çubuğu qızdırma kamerasına daxil edin və daxili səthi yüngülcə sürtərək təmizləyin. Xüsusilə qoruyucu qapağın ətrafına və qızdırma kamerasının yuxarı kənarından bir az aşağıda yerləşən iki çıxıntılı hissəyə diqqət yetirin.

4. Sonda ön paneli yenidən taxın və qızdırma kamerasında qalan nəmi çıxarmaq üçün belə edin: qoruyucu qapağı açaraq yeni istifadə seansını başladın, sonra cihaz vibrasiya edənəcək düymə sahəsini sıxıb saxlayın və LED impuls şəklində yanıb-sönsün.

5. Nəmin buxarlanması üçün seansın sonunadək gözləyin. Bu vacib addımı mütləq edin ki, isti buxar xoşagəlməz hisslər yaratmasın.

Artıq yenidən Ploom istifadə etməyə hazırsınız!