Biz sizə necə kömək edə bilərik?

Dəvət kodumu paylaşmışam, lakin xallar hesabımda görünmür. Bunun səbəbi nədir?

Əgər dəvət kodunuzu dostunuzla paylaşmısınızsa, lakin xallar hesabınıza əlavə olunmayıbsa, bunun bir neçə səbəbi ola bilər.

Dostunuz ilk onlayn sifarişini tamamlamamış, sifariş zamanı dəvət kodunu daxil etməmiş və ya səbətinə Ploom Starter Paketi əlavə etməmiş ola bilər. Dəvətin uğurlu hesab edilməsi üçün dostunuz ilk sifarişində dəvət kodundan istifadə etməli və Ploom Starter Paketi almalıdır.

Dostunuz dəvət kodunuzdan istifadə edərək ilk uyğun sifarişini tamamladıqdan sonra siz avtomatik olaraq 200 Ploom Klub xalı əldə edəcəksiniz. Qazandığınız xallar sifariş tamamlandıqdan sonra 14 gün ərzində hesabınıza əlavə olunacaq.

Əgər dostunuz bütün tələb olunan addımları düzgün şəkildə tamamlayıbsa, lakin 14 gün ərzində xallar hesabınıza əlavə olunmayıbsa, Ploom Dəstək komandası ilə əlaqə saxlaya bilərsiniz. Komandamız soröunuzu nəzərdən keçirdikdən sonra sizə kömək edəcək.

Nəzərə alın ki, “Dostunuzu tövsiyyə edin” proqramı çərçivəsində maksimum 25 uğurlu dəvət limiti mövcuddur. Bu limitə çatdıqdan sonra növbəti dəvətlər üçün əlavə Ploom Klub xalları təqdim edilmir.

Dəvət etdiyiniz şəxslər Azərbaycanda qanunla müəyyən edilmiş yaş həddinə çatmış yetkin nikotin istifadəçiləri olmalı və Ploom vebsaytında yeni istifadəçi kimi qeydiyyatdan keçməlidirlər.

Proqram və mükafatlar haqqında daha ətraflı məlumat üçün “Dostunuzu tövsiyyə edin” səhifəsinə və ya Şərtlər və Qaydalar səhifəsinə baxa bilərsiniz.