Biz sizə necə kömək edə bilərik?

Ploom X Advanced-ı necə təmizləməliyəm?

Ploom X Advanced-ın təmizlənməsi olduqca asandır.

Belə ki, cihazı təmizləmək üçün təmizləmə çubuğunu qızdırılma kamerasına daxil edin və qalıq hissəcikləri diqqətlə təmizləyin.

Addım-addım təmizləmə prosesi belədir:

1. Kameranı təmizləməzdən əvvəl cihazın ön panelini çıxarın.

2. İstifadə olunmamış təmizləmə çubuğunu azca suda isladın.

3. İsladılmış çubuğu qızdırılma kamerasına daxil edin və daxili səthi diqqətlə təmizləyin.

4. Qızdırılma kamerasında qalan nəmi aradan qaldırmaq üçün qoruyucu qapağı açıq vəziyyətdə saxlayın və tütün çubuğu daxil etmədən cihazı qızdırma rejiminə keçirin.

5. Artıq nəmin buxarlanması üçün seansın tam başa çatmasını gözləyin. Bu addımı mütləq yerinə yetirin, çünki təmizləmədən sonra ilk seans zamanı isti buxar narahatedici hisslərə səbəb ola bilər.

Ploom X Advanced-ın təmizlənmə vaxtını bilmək üçünsə hər tütün çubuğu qutusunu bitirdikdən sonra kamerada qalıq olub-olmadığını yoxlayın. Əgər qalıq çoxdursa, deməli cihazı təmizləmək lazımdır.

Daha ətraflı məlumat üçün Ploom X Advanced-ın təmizlənməsinə dair videomuza baxın.

 

0:00/0:00